Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Mədət Əli oğlu İsgəndərov — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor.
Mədət Əli oğlu İsgəndərov | |
---|---|
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Mədət Əli oğlu İsgəndərov 1909-cu ildə anadan olmuşdur. 1922-ci ildə Gəncədəki Sənət Texnikumuna daxil olmuş və 1927-ci ildə oranı bitirmişdir. Təyinatla Laçına göndərilmiş və 1929-cu ilədək orada müəllim işləmişdir. Həmin ildə Bakıdakı Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1932-ci ildə oranı bitirərək aqranom ixtisasına yiyələnmiş və SSRİ Elmlər Akademiyasının (Leninqrad şəhəri) aspiranturasına daxil olmuşdur.
M. Ə. İsgəndərov 1935-ci ildə aspiranturanı bitirmiş və elmlər namizədi dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır. 1935–37-ci illərdə Yalta şəhərində yerləşən Nikitin adına Botanika bağında Kimya laboratoriyasının müdiri, 1937–1941-ci illərdə BDU-da Üzvi kimya kafedrasının müdiri və Kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir. M. Ə. İsgəndərov 1941-ci ildə siyasi əqidəsinə görə Sibirə sürgün edilmişdir. 1956-cı ildə bəraət qazandıqdan sonra, yenidən Bakıya qayıtmış və BDU-nun Üzvi kimya kafedrasında dosent, 1965-ci ildən isə yeni təşkil olunmuş Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri işləmişdir. 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə ona professor adı verilmişdir.
M. Ə. İsgəndərov 1965–67-ci illərdə Tümen Sənaye İnstitutunda Üzvi kimya kafedrasının müdiri və Kimya texnologiyası fakültəsinin dekanı işləmişdir. 1967–68-ci illərdə isə İvano-Frankovski adına Neft və Qaz İnstitutunda Kimya kafedrasına rəhbərlik etmişdir. 1968-ci ildən ömrünün sonunadək Azərbaycan EA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri işləmişdir.
M. Ə. İsgəndərov Elmi-tədqiqat işləri polikondensləşmə üsulu ilə poliefirlərin alınması və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsinə və mümkün tətbiq sahələrinin müəyyən edilməsinə həsr olunmuşdur. 60 elmi əsərin, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir və rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.
Professor M. Ə. İsgəndərov 1974-cü ildə vəfat etmişdir.