. Love.az

Mehemmedeli Xan Cavansir - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmedeli Xan Cavansir
Bu adın digər istifadə formaları üçün bax: Məhəmmədəli xan.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Cavanşir (bilinmir, Təbriz – 17 may 1893, Təbriz) — general-leytenant.

Mirzə Məhəmmədəli xan Cavanşir
Mirzə Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Sarıcalı-Cavanşir
Doğum tarixi bilinmir
Doğum yeri Təbriz, Cənubi Azərbaycan
Vəfat tarixi 17 may 1893
Vəfat yeri Təbriz, Cənubi Azərbaycan
Uşağı
  • Məhəmməd xan Cavanşir[d]
Atası Məhəmmədibrahim xan Cavanşir[d]
Fəaliyyəti zabit

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Həmçinin bax
  • 4 Mənbə
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra hərbi məktəbdə oxumuşdu. Naib (leytenant) rütbəsindən general-leytenant rütbəsinədək yüksəlmişdi.

Məhəmmədəli xan istefaya çıxandan sonra Rusiyaya gəlmiş, Hərbi-Gürcüstan yolunda poçt işini icarəyə götürmüşdü. Vladiqafqaz şəhərində şəxsi evi vardı. Məhəmmədəli xan 17 may 1893-cü ildə vəfat edib.

Ailəsi

redaktə

Məhəmmədəli xanın törəmələri İbrahimbəyov soyadını daşıyırdılar. Məhəmmədəli xan Nisə xanım Kərim qızı Şahsuvarova ilə ailə qurmuşdu. Əsədulla xan, Fərrux xan adlı oğlanları, Xurşid bəyim, Mahrux bəyim, Xavər Sultan bəyim adlı qızları vardı.

  • Əbülfət xan Tutinin nəvəsidir.
  • Oğlanları:
  • Qızları:
  • Xurşid bəyim İbrahimbəyova Fərrux bəy Vəzirovla ailə qurmuşdu.
  • Xavər Sultan bəyim İbrahimbəyova Tapa Çermoyevlə ailə qurmuşdu.

Həmçinin bax

redaktə
  • Mirzə Yusif xan Məmmədbəyov
  • Mirzə Davud xan Məmmədbəyov

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Əbülfət xan Qarabağlınım törəməsi, ATŞS-nin xəbərləri, VI buraxılış, Bakı, "Adiloğlu", 2007, səh.3

Həmçinin bax

redaktə
  • Əbülfət xan Tuti
  • Ələkbər xan Şahsuvarov
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmmədəli_xan_Cavanşir&oldid=7732757"
LOVE.AZ