. Love.az

Mehemmedemin Riyahi - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmedemin Riyahi
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Riyahi.

Məhəmmədəmin Riyahi (1 iyun 1923[2], Xoy – 15 may 2009[3][2], Tehran) — Azərbaycan əsilli İran tarixçisi, ədəbiyyatşünası və dövlət xadimi.[4]

Məhəmmədəmin Riyahi
fars. محمدامین ریاحی‎
Doğum tarixi 1 iyun 1923
Doğum yeri Xoy
Vəfat tarixi 15 may 2009 (85 yaşında)
Vəfat yeri Tehran
Dəfn yeri
  • Behişti-Zəhra
Təhsili
  • Tehran Universiteti
Fəaliyyəti tarixçi, ədib, professor, yazıçı, ədəbi tənqidçi
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d][1]

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Həyatı

redaktə

Azərbaycan əsilli tədqiqatçı, tarixçi və ədəbiyyatçı Məhəmmədəmin Riyahi 1923-də Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. O, 2009-cu ilin may ayında 86 yaşında Tehranda vəfat etmişdir.

Təhsili

redaktə

İbtidai və orta təhsilini Xoyda bitirib, ikinci dünya müharibəsinin başlanması və Azərbaycanın işğal olunmasının ardınca təhsilini davam etdirmək məsədi ilə Tehran şəhərinə köçmüşdür. Tehran Universitetinin ədəbiyyat fakültəsində Bədiülzaman Furuzanfər, Abbas İqbali Aştiyani, Məliküşşüəra Bahar, Əbdüləzim Qərib və s… alimlərdən dərs almışdır. 1958-də fars dili və ədəbiyyatı sahəsində diplom almışdır, daha sonra təhsilini davam etdirib, ədəbiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir.

Fəaliyyəti

redaktə

Məhəmmədəmin Riyahi illərlə təlim işində çalışaraq ədəbiyyat və tarix üzrə tədqiqatlar aparmışdır. İran mədəniyyəti, Firdovsinin "Şahnamə" əsəri və İran tarixi haqqında dəyərli tədqiqi əsərlər yaratmışdır. Həmçinin tarix üzrə məktə dərsliklərinin yazılmasında da yaxından iştirak etmişdir.

Onun əsas araşdırma mövzusu Firdovsinin, Hafizin yaradıcılığı və fars dili olmuşdur. Həmçinin, İranika Ensiklopediyasının yazarlarından biri olmuşdur.

O, Tehran Universitetində professor kimi çalışmışdır. Şahnamə fondunun qurucu üzvlərindən biri və sonradan rəhbəri olmuşdur (1971–1979). İran Ədəbiyyat və İncəsənət Akademiyasının vitse-prezidenti olmuşdur. O, həmçinin 1979-cu ildə İranın Mədəniyyət və Təhsil naziri kimi də çalışmışdır.[5]

Əsərləri

redaktə

Qədim əsərlərlə bağlı yazdığı əsərlər:

  • Cahannamə, Məhəmməd ibn Nəcib Bəkran (1963)
  • Məftah-əl-Muamelat, Məhəmməd ibn Əyub Təbəri (1970)
  • Mərsad-əl-ebad, Nəcməddin Razi (1973)
  • Alamarayi Nadiri, Məhəmməd Kazım Mərvi (1983)
  • Nüzhət-əl-məcalis, Camal Xəlil Şarvani (1996)

Tarix və ədəbiyyatla bağlı tədqiqatları:

  • Kisai Mərvazinin həyatı və şeriyyatı (1988)
  • Osmanlı bölgəsində fars dili və ədəbiyyatı (1990)
  • Xoyun tarixi (1993)
  • Firdovsi və Şahnamə ilə ilkin erkən mənbələr (1993)
  • Firdovsinin həyatı, düşüncləri və şeriyyatı (1996)
  • İran tarixi, ədəbiyyatı və dili haqqında 40 esse (2000)

Həmçinin bax

redaktə
  • İran azərbaycanlılarının siyahısı
  • Jalə Amuzgar
  • Abbas Zəryab
  • Hüma Natiq

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #10341455X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ 1 2 Bibliothèque nationale de France Moḥammad Amīn Riyāḥī // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ https://web.archive.org/web/20120223140801/http://www.chnpress.com/news/?id=8433&section=2.
  4. ↑ Moḥammad Esteʿlāmi, "RIAHI, MOHAMMAD AMIN" in Encyclopaedia Iranica. Online access [1] Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine at March, 2011
  5. ↑ "Literary Scholar Riahi Dies". Iran Daily. 2009-05-17. 2009-05-20 tarixində orijinalından arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmmədəmin_Riyahi&oldid=8123109"
LOVE.AZ