. Love.az

Mehemmed Moin - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Moin

Məhəmməd Moin (fars. محمد معین‎; 30 aprel 1918, Rəşt – 4 iyul 1971[1], Tehran) — İran dilçisi, ədəbiyyatşünası.

Məhəmməd Moin
fars. محمّد معین‎
Doğum tarixi 30 aprel 1918(1918-04-30)
Doğum yeri
  • Rəşt, Mərkəz bəxşi[d], Rəşt şəhristanı, Gilan ostanı, İran
Vəfat tarixi 4 iyul 1971(1971-07-04)[1] (53 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Dəfn yeri
  • Astanə Əşrəfiyə
Elm sahəsi İranşünaslıq
Elmi dərəcəsi
  • elmlər doktoru
İş yeri
  • Tehran Universiteti
Təhsili
  • Tehran Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Məhəmməd Moin 12 iyun 1914-cü ildə İranın Rəşt şəhərində anadan olmuşdur. O, qədim və orta əsrlər İran dilləri və mifologiyası üzrə mütəxəssis olmuşdur. Moin Tehran Universitetinin professoru kimi çalışmışdır. O, üçcildlik "Müasir fars dili qrammatikası" (1953), dördcildlik "Fars dilinin izahlı lüğəti" (1963–1968), "Nəsirəddin Tusi və fars ədəbi dili" və s. əsərlərin müəllifidir. Moin Məhəmmədhüseyn ibn Xələf Təbrizinin "Bürhane-qate" lüğətinin geniş müqəddimə ilə nəşr etdirmişdir (c. 1–4, 1951–1957). O, klassik və müasir fars ədəbiyyatına, Nizami, Hafiz, Əmir Xosrov Dəhləvi və başqalarının yaradıcılığına dair tədqiqatları var. Moin 4 iyul 1971-ci il tarixində Tehran şəhərində vəfat etmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 National Library of Israel Names and Subjects Authority File (ivr.).
  2. ↑ Моин Мәһәммәд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 23.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Məhəmməd Moin ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_Moin&oldid=6706429"
LOVE.AZ