. Love.az

Mehemmed Turkmen - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Turkmen

Məhəmməd Türkmən (tam adı: Məhəmməd Meretqeldi oğlu Türkmən; 17 oktyabr 1990, Marı) — Türkmən əsilli[1] Azərbaycan jurnalisti[2], reportyor və fotoqrafı[3][4]; “Fotoqraflar.com/info” saytının təsisçisi[5][6]; Minval.İnfo saytının baş redaktoru (2018—h.h.)[7][8][9][10]; "Davam" Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü (2020).

Məhəmməd Türkmən
Məhəmməd Meretqeldi oğlu Türkmən
Məhəmməd Türkmən (2018)
Məhəmməd Türkmən (2018)
Digər adı Muhamedqurbanov Muhamed Meretqeldi oğlu
Doğum tarixi 17 oktyabr 1990(1990-10-17) (34 yaş)
Doğum yeri
  • Marı, Türkmənistan SSR, SSRİ
Həyat yoldaşı Könül İbrahim
Uşağı 1 qız: Nur
Milliyyəti türkmən
Fəaliyyəti jurnalist, reportyor, fotoqraf
Fəaliyyət illəri 2011-ci ildən

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Şəxsi həyatı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Bioqrafiya

redaktə

Muhamedqurbanov Muhamed Meretqeldi oğlu 17 oktyabr 1990-cı ildə Türkmənistan SSR-in Marı şəhərində dünyaya gəlib. Uşaqlıq illərinin bir hissəsi Türkmənistanın Marı şəhərində, bir hissəsi isə Salyan rayonunda keçib.[1]

2011-ci ildən jurnalistika ilə məşğuldur. Bir çox yerli və beynəlxalq jurnalist təlimlərində iştirak edib. "BakuNews", "Kanal 13" kimi internet televiziyalarda, "Elitar.az" və başqa bir neçə saytda reportyor olaraq çalışıb.[1] 2013-cü ilin oktyabr ayında "Yeni Müsavat" qəzetində fotoreportyor kimi işə başlayıb.[1][11][12]

Ekstremal vəziyyətlər[13] və sosial sahə üzrə reportajlar hazırlayıb və beynəlxalq yarışlarda da çalışdığı media qurumunu təmsil edib. 2018-ci ilin yanvar ayından "Minval.İnfo" saytının baş redaktorudur.[7][8][9]

Qrabağ münaqişəsi əsnasında 2010-cu illərdə cəbhə bölgəsində yaranan gərginliklər və kiçik döyüşlər zamanı həmin əraziyə yollanmış ilk jurnalistlərdən biridir. O, bu təcrübəsini artırmaq üçün əlavə olaraq 2016-cı ildə "Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri"ndə də iştirak edib və diplomla təltif olunub.[14]

Jurnalistika ilə yanaşı fotoqrafiya ilə də məşğuldur. Bu sahədə müxtəlif mükafatlar qazanıb və təlimlər keçib.[3][4][15] Çəkdiyi fotolar müxtəlif müsabiqələrdə qalib olub. İdeya müəllifi və təsisçisi olduğu, 2016-cı ildə yaratdığı "Fotoqraflar.com" saytı Azərbaycanda ilk onlayn tədris və fotoxəbər portalıdır.[5][6]

2020-ci ildə Bakıda, "Holiday Inn" hotelində təşkil olunan brifinqdə "Davam" Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri olub. Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda konkret istiqamət üzrə təmsil edir. Məhəmməd Türkmən bu hərəkatda Azərbaycanın gənc jurnalistlərinin təmsilçisi kimi çıxış edir.[16] Həmçinin hərəkatın İdarə Heyətinin də üzvüdür.[17][18][19]

Şəxsi həyatı

redaktə

Hazırda Bakıda yaşayır. Heç bir siyasi partiyaya üzv deyil. 2016-cı ildən həmkarı və iş yoldaşı,[20] jurnalist Könül İbrahimlə evlidir,[21][22] Nur adlı qızı 2017-ci ildə anadan olub.[23]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Sevinc Telmanqızı. ""Axtarıb tapmalı olduğum bir atam və bir uşağım var"" ( (az.)). musavat.com. 2014-05-14. 2014-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  2. ↑ "Taleh Bağırovun məhkəməsində saxlanılanlara cinayət işi açılıb" ( (az.)). bbc.com. 2013-10-29. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  3. ↑ 1 2 ""FotoMən" fotoqrafiya kursunun açılış mərasimi keçirilib (FOTO)" ( (az.)). trend.az. 2017-10-21. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  4. ↑ 1 2 Babək Cahandarov. "Bakıda "FotoMən" fotoqrafiya kursları başlayıb – FOTO" ( (az.)). 1news.az. 2017-10-22. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  5. ↑ 1 2 "Haqqımızda" ( (az.)). fotoqraflar.com. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  6. ↑ 1 2 İsmayıl. "FOTOLAR ƏHƏMİYYƏTLİDİR" ( (az.)). sherg.az. 2017-06-30. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  7. ↑ 1 2 Nərgiz. "Məhəmməd Türkmən sayt rəhbəri oldu - FOTOLAR" ( (az.)). musavat.com. 2018-01-10. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  8. ↑ 1 2 "Məhəmməd Türkmən sayt rəhbəri oldu" ( (az.)). AzEuroNews.com. 2018-01-12. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-04.
  9. ↑ 1 2 "Məhəmməd Türkmən sayt rəhbəri oldu - FOTOLAR" ( (az.)). interpress.az. 2018-01-10. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  10. ↑ "Bura qocaların girişi qadağandır – GƏNC JURNALİSTLƏRİN YENİ LAYİHƏSİNDƏN REPORTAJ". 2018-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
  11. ↑ "Jurnalistlərə hücum olub" ( (az.)). azadliq.org. 2015-09-21. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  12. ↑ "Yeni Müsavat qəzetinin müxbirləri zorakılığa məruz qalıb [Video]" ( (az.)). amerikaninsesi.org. 2015-09-21. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  13. ↑ "Jurnalist Məhəmməd Türkmən: "Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq"". 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  14. ↑ "Ekstremal jurnalistika üzrə təlimlərdə iştirak edənlər təltif olundu - FOTOLAR" ( (az.)). musavat.com. 2016-09-17. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  15. ↑ ""Yeni Müsavat"ın əməkdaşı ən yaxşılar arasında - FOTOLAR" ( (az.)). musavat.com. 2017-07-12. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  16. ↑ "Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu – Foto". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  17. ↑ ""New Media Hub" platforması çərçivəsində təlimlər davam edir FOTO". 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  18. ↑ ""Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  19. ↑ ""Davam" Gənclər Hərəkatının yeni üzvləri ilə daha bir görüş". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-11.
  20. ↑ "30 yaşlı "Yeni Müsavat"dan - REPORTAJ". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  21. ↑ "Müsavatın jurnalistləri ailə həyatı qurdu - FOTO". 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  22. ↑ ""Yeni Müsavat" gənc cütlüyə necə "toy etdi"? – VİDEO". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  23. ↑ "Niyə jurnalist körpəsinə 'idmançı ol' deyir?" ( (az.)). azadliq.org. 2017-08-01. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.

Xarici keçidlər

redaktə
  Vikianbarda Məhəmməd Türkmən ilə əlaqəli mediafayllar var.
  • Məhəmməd Türkmən — Facebook səhifəsi
  • Məhəmməd Türkmən — Instagram səhifəsi
  • Məhəmməd Türkmən — Twitter səhifəsi
  • Xeyirli Sabahlar. "Xeyirli Sabahlar - Məhəmməd Türkmən (14.01.16)" ( (az.)). YouTube. 2016-01-14. İstifadə tarixi: 2018-04-15. İnterAz TV-nin rəsmi saytında izlə Arxivləşdirilib 2016-01-20 at the Wayback Machine
  • ""Facebook-dan bir qəpik də qazanmamışam"" ( (az.)). Xəbərlər.az. 2015-03-02. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  • "Təzyiqə məruz qalmış jurnalistlər izahat üçün Sabirabada gedə bilməyiblər" ( (az.)). musavat.com. 2014-01-31. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  • Toğrul İsmayıl. "Musavat.com-un əməkdaşı və daha 3 jurnalist azadlığa buraxıldı - FOTOLAR" ( (az.)). musavat.com. 2014-05-06. 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_Türkmən&oldid=8153042"
LOVE.AZ