Məmməd Cəfərqulu oğlu Abbasov (10 avqust 1949. Çərçibogan kəndi, Noraşen rayonu. Naxçıvan MSSR) — Azərbaycan dövlət xadimi, Şərur rayonu Partiya komitəsinin birinci katibi (1988-1991), Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2003), Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri (2003–2013).
Məmməd Abbasov | |
---|---|
2003 – 4 fevral 2013 | |
Baş nazir | Əlövsət Baxşıyev |
1991 – 2003 | |
Baş nazir | Şəmsəddin Xanbabayev Əlövsət Baxşıyev |
1988 – 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 avqust 1950(1950-08-10) (74 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
![]() |
Məmməd Cəfərqulu oğlu Abbasov 10 avqust 1949-cu ildə hazırkı Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1979-cu ildən Çərçiboğan kolxozunda baş iqtisadçı, M. Hüseynzadə adına kolxozda sədr, 1981-ci ildən isə Naxçıvan MSSR Nazirlər Sovetində Kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir.[1] 1980 cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə “ Şərəf nişanı” ilə təltif edilib.
1982-ci ildə partiya işinə keçərək Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində şöbə müdiri, 1985-ci ildən Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsində inspektor, 1986-1988 illərdə Sovet İKP MK yanında İçtimayi Elmlər Akademiyasında 2 il əyani təhsil alıb.1988-ci ildən Azərbaycan KP İliç (Şərur) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir.[1] Sonralar Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri işləmiş, 4 fevral 2013-cü ildə vəzifəsindən azad olunmuşdur.[2]
Məmməd Abbasov XI çağırış Naxçıvan MSSR Ali Sovetinin, XII çağırış Azərbaycan Ali Sovetinin, I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. 29 avqust 1991-ci ildə və 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyalarında redaksiya komissiyası tərkibinə daxil edilmişdir.[3][4] 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “ Vətən qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif olunmuşdur.