. Love.az

Memmedqulu Susinski - Wikipedia - Love.az

Ana Səhifə - Memmedqulu Susinski

Məmmədqulu (Məhəmmədqulu) Şuşinski və ya Dabbax Məmmədqulu (Məhəmmədqulu) (1874, Şuşa – mart 1929, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Məmmədqulu Şuşinski
Məmmədqulu Şuşinskinin 1915-ci ildə buraxılmış "Ekstrafon" valındakı şəkli
Məmmədqulu Şuşinskinin 1915-ci ildə buraxılmış "Ekstrafon" valındakı şəkli
Ümumi məlumatlar
Digər adı Məhəmmədqulu Şuşinski
Ləqəbləri Dabbax Məmmədqulu
Dabbax Məhəmmədqulu
Doğum tarixi 1874
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi mart 1929
Vəfat yeri Şuşa, DQMV, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-xanəndə
Fəaliyyət illəri 1893–1929
Janrlar muğam, xalq mahnısı
Musiqi aləti qaval
Albom şirkəti Ekstrafon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyat və yaradıcılığı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Həyat və yaradıcılığı

redaktə

Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" (Kiçik qurdlar) məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur.[1]

Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.[1]

Tiflis məclislərinin birində Məmmədqulu ilə yaxından tanış olan Bülbülcan bir neçə il ərzində Tiflisdə dəvət olunduğu məclislərə onu özü ilə aparmışdır. Məmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa məclislərində iştirak etməyə davam etmişdir. O, tarzən Tatevos Arutyunovla ifa etmiş, bir neçə dəfə İran məclislərinə dəvət olunmuşdur.[1]

1913-cü ildə Şəkili Ələsgər, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev və Seyid Şuşinski ilə birgə "Ekstrafon" aksioner şirkəti tərəfindən Kiyev şəhərinə dəvət olunan Məmmədqulu tarzən Arsen Yaramışev və kamançaçalan Moses Quliyansın müşayiəti ilə "Bayatı-Kürd", "Zabul-Segah", "Kürdü-Şahnaz", "Qatar", "Hasar", "Müxalif", "Qarabağ şikəstəsi", "Heyratı" muğamlarını, "Axşam oldu" təsnifini qrammafon vallarına yazdırmışdır.[1]

Xanəndə Məmmədqulu Şuşinski 1929-cu ilin mart ayında Şuşada 55 yaşında vəfat etmişdir.[1][2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Фиридун Шушински. Даббах Мәммәдгулу // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 164–168.
  2. ↑ Firidun Şuşinski. Dabbaq Məhəmmədqulu // Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. S. 408–412. ISBN 978-9952-8283-8-2.

Xarici keçidlər

redaktə
  •   Məmmədqulu Şuşinski — Gözəlim sənsən

Həmçinin bax

redaktə
  • Musa Şuşinski (Məmmədqulunun bacısı oğlu)
  • Qasım Abdullayev
  • Davud Səfiyarov
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmmədqulu_Şuşinski&oldid=7295663"
LOVE.AZ