Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır.[2] 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Məmmədrza Dizə | |
---|---|
39°17′14″ şm. e. 45°27′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 480 | 235 | 245 |
2009[6] | ↗553 | ↗267 | ↗286 |
Kənddə mədəniyyət evi mövcuddur.
Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir.[8]
Kənddə səhiyyə müəssisəsi mövcuddur.