Məntiq Bahadur oğlu Cəfərov (25 yanvar 1954, Gəncə) — Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektoru, fizika elmləri doktoru, professor.
Məntiq Cəfərov | |
---|---|
Məntiq Bahadur oğlu Cəfərov | |
Doğum tarixi | (71 yaş) |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 2 övlad |
Atası | Bahadur Cəfərov |
Elm sahəsi | yarımkeçiricilər fizikası |
Elmi dərəcəsi | fizika üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Texnologiya Universitetinin Kafedra Müdiri |
Mükafatları |
![]() |
Məntiq Bahadur oğlu Cəfərov 1979-cu ildən 2004-cü ilədək, 25 il müddətində Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim, hazırlıq kursunun rəhbəri və dosent vəzifələrində işləmişdir. 2004-cü ilin noyabr ayından Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, 2012-2013-cü illərdə həmin universitetin fizika və riyaziyyat kafedrasının professoru olmuşdur. 22 iyul 2013-ci il tarixdən Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektorudur.
1985-1989-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında məqsədli aspirant olmuşdur, 1989-cu ildə namizədlik, 2011-ci ildə doktorluk dissertasiyasını müdafiə etmişdir. Fizika üzrə elmlər doktoru, professordur.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli, sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Məntiq Cəfərov xarici və yerli jurnallarda dərc edilmiş 97 elmi əsərin, 1 dərs vəsaitinin müəllifidir. 40-dan çox müxtəlif miqyaslı konfranslarda iştirak etmişdir.