Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952), Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, "SSRİ İxtiraçısı", texnika elmləri doktoru, professor[1], Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasının professoru.
Mərdan Cəlilov | |
---|---|
Mərdan Fərəc oğlu Cəlilov | |
Doğum tarixi | (72 yaş) |
Doğum yeri | Mərdəkan qəsəbəsi, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Fərəc |
Elm sahəsi | Texnika elmləri |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adları | |
İş yerləri |
Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Milli Aviasiya Akademiyası |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Mükafatları |
![]() |
Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-ci ildə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cu ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə[2] daxil olub. 1974-cü ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974–1975-ci illərdə "Şimal" DRES-ində çalışmış və oradan Az. NKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir.
1978–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır.
1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az. ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir.
10 ildən artıq müddətdə Az. ETELİ-də doktorluq dissertasiyası müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın, bir-neçə birdəfəlik Elmi şuranın, 2003-cü ildən 2 il müddətinə AAK-nın ekspert komissiyasının üzvü olmuşdur.
2004–2008-ci illər Almaniyanın Köln Texniki Universitetinin koordinatorluğu ilə AB-nin qrantı hesabına AzMİU-dakı TEMPUS layihəsinin Universitet üzrə əlaqələndiricisi olmuş, 2007-ci ildə Almaniyanın adı çəkilən Universitetində bir ay müddətində staj keçmişdir. Onun iştirakı ilə AzMİU-da bu layihə üzrə "Enerji menecmenti (binalarda)" ixtisası açılmış, 18 ədəd yeni dərs vəsaiti nəşr edilmişdir.
174 elmi-metodiki işlərin (onlardan 50-dən çoxu Rusiyada, Ukraynada, Belorusda, Almaniyada nəşr edilmişdir), o cümlədən monoqrafiyanın, 15 ixtira və patentin, 5 ədəd dərsliyin və dərs vəsaitinin, 10 ədəd metodiki vəsaitin, hazırda MDB-də qüvvədə olan, layihə institutları üçün nəzərdə tutulmuş 5 mövzuda rəhbər "Metodiki göstərişlərin" həmmüəllifidir.
SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, "SSRİ İxtiraçısı" medalı ilə təltif olunmuşdur.
Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmış, magistrlərin elmi rəhbəri olmuşdur.
Elmi fəaliyyətinin əsas istiqamətini suyun emalı prosesinin iqtisadi və ekoloji səmərəsinin yüksəldilməsi təşkil edir. Elmi nəailiyyətlərini mütəmadi olaraq İttifaqın nüfüzlü jurnallarında ("Energetik", "Promışlennaya Teploenergetika", "Ximiya i texnologiya vodı", "Problemı Energetiki" və b.) dərc etdirib və elmi-texniki konfranslarda, seminarlarda və Beynəlxalq simpoziumlarda məruzələr edib.
Hal-hazırda AQUAPRO MMC-nin direktoru vəzifəsində çalışır.[3]
1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun (Azərbaycan Neft və Kimya İnstitutu|AzNKİ) Energetika fakültəsini "İstilik energetikası mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1979-cu ildə Azərbaycan Patent İnstitutunu bitirmişdir.
2004–2006-cı illərdə — DİAD-nin nəzdində Alman dili üzrə iki illik kursu bitirmiş və müvafiq sertifikat almışdır.
Ailəlidir, 3 övladı vardır.
Mərdan Cəlilov İstilik, qaz təchizatı və ventilyasiya sahəsi, istilik elektrik stansiyaları və istilik təchizatı sistemləri üçün su hazırlığı üzrə 44 ildən artıq elmi-tədqiqat, layihə, istehsalat və tədris-metodiki iş təcrübəsinə malikdir.
Mərdan müəllimin Elm və istehsalat sahəsində gördüyü işləri aşağıdakı əsas istiqamətlərə bölmək olar:
Mərdan müəllimin təklif etdiyi texnologiyalar Moskva şəhərindəki 21 saylı İEM-də, Nijni-Novqorod şəhərindəki Qorki Avtomobil Zavodunun İEM-ində, Kstovo şəhərinəki Novoqorkovsk İEM-ində, Kazan şəhərindəki 1, 2 və 3 saylı İEM-lərdə, Karmanovsk DRES-ində, Novosalavat İEM-ində, Minsk 3 və 5 saylı İEM-lərdə, Tümen şəhəri 2 saylı İEM-də, Novosibirsk 2 saylı İEM-də, Saransk İEM-də, Sumqayıt 1 saylı İEM-də, Şirvan DRES-ində və s. yerlərdəki su hazırlama qurğularında böyük iqtisadi və ekoloji səmərə ilə tətbiq edilmişdir.
Mərdan Cəlilov çoxsaylı ixtiralarına görə "SSRİ İxtiraçısı" medalı ilə təltif edilmişdir.
1 monoqrafiyası, 2 dərsliyi və 3 dərs vəsaiti çap olunmuşdur:
Vikianbarda Mərdan Cəlilov ilə əlaqəli mediafayllar var. |