. Love.az

M V Lomonosov Adina Moskva Dovlet Universitetinin Baki Filiali - Wikipedia - Love.az

Ana Səhifə - M V Lomonosov Adina Moskva Dovlet Universitetinin Baki Filiali

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və ya qısaca MDU Bakı filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.[1]

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Xəritə
40°24′14″ şm. e. 49°45′40″ ş. u.HGYO
Əsası qoyulub 27 fevral 2009
Rektor Nərgiz Paşayeva
Şəhər Bakı
Ölkə
  •  Azərbaycan
Ünvan Hüseyn Cavid pr., 133
Sayt msu.edu.az

Mündəricat

  • 1 Tarixi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Filialın yaranması haqqında razılaşma Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonun 2007-ci ilin martında Azərbaycana səfəri zamanı əldə edilimişdı.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar 2009-cu il tarixli sərəncamına əsasən yaradılıb. Filial rəsmi surətdə 27 fevral 2009-cu ildə açılıb.

26 sentyabr 2012-ci il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi olmuşdur.

Qəbul və tədris rus dilində aparılır. Tələbələr dövlət hesabına təhsil alırlar. Universitetdə həm bakalavr, həm də magistr dərəcəsi almaq imkanı mövcuddur. Təhsil forması əyanidir.

Filialın tədris fəaliyyəti M.V. Lomonosov adına MDU-nun tədris plan və proqramlarına əsaslanır.

Bakı şəhərindəki M.V. Lomonosov adına MDU filialının rektoru professor Nərgiz Paşayevadır.

Həmçinin bax

redaktə
  • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
  • İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

İstinadlar

redaktə
  1. ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)

Xarici keçidlər

redaktə
  • MDU Bakı filialının rəsmi saytı
  Vikianbarda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=M.V.Lomonosov_adına_Moskva_Dövlət_Universitetinin_Bakı_filialı&oldid=8060315"
LOVE.AZ