. Love.az

M Group Production - Wikipedia - Love.az

Ana Səhifə - M Group Production

M Group Production və ya qısaca MGP — Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi. Şirkət 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Ən yaddaqalan layihələrindən biri Maşın Şou olmuşdur. Şirkətin sədri Murad Dadaşovdur.

M Group Production
Növü media şirkəti[d]
Yaranma tarixi 7 fevral 2003
Qurucusu
  • Murad Dadaşov
Sədr Murad Dadaşov
mgp.az

Mündəricat

  • 1 Tarixi
  • 2 Fəaliyyəti
  • 3 Layihələri
  • 4 Mükafatları
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi[1] olan M Group Production 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır.[1] Şirkətin sədri Murad Dadaşovdur.[2]

Fəaliyyəti

redaktə

Şirkət media, film, reklam və əyləncə sektorlarında fəaliyyət göstərir. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Şirkətin ilk layihəsi 2003-2005-ci illərdə Lider TV-də yayımlanan "Mərc şou" olmuşdur.[3] 2011-2014-cü illərdə "Bu Da Bu" satirik verilişinin istehsalçısı olmuşdur. Layihə ANS TV-də həftəlik yayımlanmışdır.

Şirkət 2005-ci ildə Kiyevdə keçirilən 50-ci Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı jurnalist heyəti ilə təmsil etmişdir.[1]

Şirkətin ən yaddaqalan və uzunmüddətli layihələrindən biri Maşın Şou olmuşdur. Layihə 2005-ci ilin oktyabr ayından yayımlanmağa başlamışdır. Layihə 2005-2011-ci illərdə 11 buraxılış Lider TV-də yayımlanmış, daha sonra 2013-cü ildə ATV-də 1 buraxılış yayımlandıqdan sonra 2015-cü ildə bir buraxılış ANS TV-də yayımlanmış, ardından təkrar 2017-2019-cu illər ərzində ATV-də 2019-cu ildəki sonuncu buraxılışına qədər 5 buraxılış yayımlamışdır. Sonuncu buraxılışını 2019-cu ilin oktyabr ayında etmişdir.

Şirkət 2016-cı ildə Niderlandın film istehsal şirkəti Endemol Shine Group[ing.] ilə müqavilə imzalamışdı.[4]

2017-ci ildə Bayram axşamı komediya filmini istehsal etmişdir.[5][6][7]

Şirkət reklam materiallarının istehsalında da iştirak edir.[1]

Layihələri

redaktə
Layihə Yayımlanma tarixi Növü Telekanal
Mərc şou 2003-2005 televiziya şousu Lider TV
Maşın Şou 2005-2019 realiti-şou Lider TV (2005-2011)
ATV (2013, 2017-2019)
ANS TV (2015)
Bu Da Bu 2011-2014 satirik veriliş ANS TV
Bayram axşamı 2017 sinema filmi
—

Mükafatları

redaktə
İl Mükafat Layihə Kateqoriya Nəticə Mənbə
2005 "İntellekt" İlin layihəsi mükafatı Maşın Şou "Mədəniyyət" nominasiyası Qazandı [mənbə göstərilməlidir]
2005 "Qrand" Müstəqil Milli İctimai Mükafatı Mərc şou İlin ən yaxşı musiqili-əyləncəli verilişi [mənbə göstərilməlidir]
2006 "Qrand" Müstəqil Milli İctimai Mükafatı Maşın Şou İlin ən yaxşı televiziya layihəsi [mənbə göstərilməlidir]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 ""M Group Production" 15 yaşını qeyd edir (VİDEO)". 31 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2023.
  2. ↑ "Murad Dadaşovun şirkəti məhkəməyə verildi". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  3. ↑ "Televiziya tarixində iz qoyan verilişlərimiz - VİDEO". 31 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqut 2023.
  4. ↑ "Murad Dadaşov: "Televiziya tariximizdə baş tutacaq yeni partlayışa hazır olun"". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  5. ↑ "Murad Dadaşov "Bayram axşamı" filminin uğurlu təqdimatını keçirib – FOTO + VİDEO". 2017-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  6. ↑ ""Bayram Axşamı" filminin çəkişləri başa çatdı (FOTO)". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  7. ↑ ""CinemaPlus"da "Bayram axşamı" filmin imza günü baş tutdu - Foto- Video". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.

Xarici keçidlər

redaktə
  • mgp.az — rəsmi saytı
  • M Group Production — Facebook səhifəsi
  • M Group Production — Instagram səhifəsi
  • M Group Production kanalı — YouTube platformasında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=M_Group_Production&oldid=7963596"
LOVE.AZ