Macarıstan–Xorvatiya uniyası və ya Macarıstan–Xorvatiya ittifaqı — Xorvatiya tarixində şəxsi birlik əsasında müstəqil Macarıstan krallığı ilə birləşdiyi dövr. [1]İttifaq 1102-ci ildə Macarıstan kralı I Kalmanın Belqradda tacqoyma mərasimi ilə başlandı və 1526-cı ildə kral II Lüdovikin vəfatı, eləcə də Xorvatiya parlamentinin I Ferdinandı yeni kral seçməsi ilə başa çatmışdır. XII—XV əsrlərdə uniya Archiregnum Hungaricum (Böyük Macarıstan krallığı) adlanırdı.[2]
Tarixi dövlət | |||||
Macarıstan–Xorvatiya uniyası | |||||
---|---|---|---|---|---|
|
|||||
![]() |
|||||
|
|||||
Paytaxt | Knin, Bixaç | ||||
Rəsmi dilləri | |||||
Din | katolisizm | ||||
İdarəetmə forması | monarxiya |
XI əsrin sonlarında Xorvatiyada kral sülaləsi olan Trpimiroviçlər nəslinin son nümayəndəsi II Stepan varis qoymadan vəfat etmişdir.[3] Onun ölümündən sonra Xorvatiyada siyasi qeyri-sabitlik və hakimiyyət uğrunda daxili çəkişmələr başlamışdır. Bu vəziyyətdən istifadə edən qonşu Macarıstan krallığı bölgədə nüfuzunu artırmağa çalışdı. Xorvatiya zadəganlarının bir hissəsi ölkənin müstəqilliyini saxlamaq üçün güclü xarici hökmdarın idarəsini qəbul etməyə meyil göstərdilər. [4] Beləliklə, Macarıstan kralı I Kalman Xorvatiya tacını almağa dəvət olundu və 1102-ci ildə Belqradda taclandırılaraq həm Macarıstanın, həm də Xorvatiyanın kralı olmuşdur.[5]
Pacta Conventa — 1102-ci ildə Xorvatiya zadəganları ilə Macarıstan kralı Kalman arasında bağlanmış yazılı razılaşmadır. Bu sənəd Macar–Xorvat uniyasının hüquqi əsasını təşkil edirdi və Kalmanın Xorvatiya kralı kimi qəbul edilməsinin şərtlərini müəyyənləşdirirdi. Müqaviləyə görə, Kalman Xorvatiya krallığının muxtariyyətini tanıyır, yerli qanunlara və adət-ənənələrə hörmət edəcəyinə söz verirdi. [6]O, Xorvatiya torpaqlarında Macar zadəganlarını yerləşdirməyəcəyinə və Xorvatiyanın daxili işlərinə birbaşa müdaxilə etməyəcəyinə dair öhdəlik götürürdü. Eyni zamanda, Xorvatiya öz parlamentini (Sabor) və kral nümayəndəsini (ban) saxlamaq hüququnu qoruyurdu. Pacta Conventa sənədi yazılı şəkildə qorunub saxlanmasa da, onun mövcudluğu tarixi mənbələrdə qeyd olunur və Xorvatiyanın muxtariyyətini tanıyan ilk rəsmi razılaşma kimi qəbul edilir.[7]
Tarixçilər Pacta Conventa müqaviləsinin günümüzə çatan mətninin tarixi etibarlılığı ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. Sənədin bizə gəlib çatan ən qədim surəti XIV əsrə aiddir.[8] Bir çox tarixçilər hesab edirlər ki, bu surət ən yaxşı halda 1102-ci il razılaşmasının və XIV əsrdəki siyasi vəziyyətin qarışığıdır. Lakin Xorvatiyadakı tarixçilərin əksəriyyəti bu surətin 1102-ci il sazişinin əsas məzmununu ümumi şəkildə əks etdirdiyini düşünür.[9]
Bundan başqa, 1142-ci ilə aid bir sənəd mövcuddur. Bu sənəddə kral II Qeza köhnə bir razılaşmadan bəhs edir və onun şərtlərinə əməl edəcəyini bildirir, lakin həmin razılaşmanın konkret bəndlərini açıqlamır.[10]
Xorvatiya krallığı qərbdə Dalmasiya sahili ilə (şimalda Kvarner körfəzinin burun nöqtəsindən cənubda Neretva çayının mənsəbinə qədər), şərqdə Vrbas və Neretva çaylarının yataqları ilə, cənubda isə Aşağı Neretva, şimalda isə Kupa dağı və çayı ilə məhdudlaşırdı.[11] Dalmasiya ilə Neretva arasındakı ərazi, qərbi Hum bölgəsi, hər zaman Xorvatiyanın tərkibində olmamışdır. “Dalmasiya” termini bir neçə sahil şəhərini və adanı ifadə edir, bəzən Xorvatiya ilə sinonim kimi işlədilir, lakin bu ad yalnız XV əsrdə Venesiya Respublikasının genişlənməsi ilə ölkənin içərilərinə doğru yayılmağa başlamışdır. [12]XV əsrin ikinci yarısında və XVI əsrin əvvəllərində Xorvatiyanın sərhədləri şimala doğru genişlənmiş və artıq həmin dövrdə eyni idarə altında olan Zaqreb dairəsi və onun ətraf ərazilərini də əhatə etmişdir. Xorvatiyada kralın nümayəndəsi və qubernator statusunda olan ban idarəçilik edirdi. [13]1196-cı ildə taxta İmre keçdikdən sonra onun kiçik qardaşı II Andraş 1198-ci ildə Xorvatiya və Dalmasiya hersoqu elan olundu. Beləliklə, 1198-ci ildən etibarən Xorvatiya və Slavyoniya Xorvatiya hersoqları tərəfindən idarə edilirdi. Bu hersoqlar hələ də “Xorvatiya krallığı” adlanan torpaqlarda yarı-müstəqil hökmdarlar kimi fəaliyyət göstərirdilər.[14]
Hersoqun yanında, adətən varlı zadəgan olan bir ban da fəaliyyət göstərirdi. Ban bəzən xorvat, bəzən isə macar əsilli olurdu. 1225-ci ilə qədər Xorvatiya əyalətlərini bir ban idarə edirdi.[15] Həmin ildən sonra banın hakimiyyəti iki hissəyə bölündü: Xorvatiya və Dalmasiya banı və Slavyoniya banı. 1345-ci ildən sonra bu vəzifələr zaman-zaman bir şəxsin əlində cəmlənmişdi və 1476-cı ildə rəsmi olaraq birləşdirildi. Xorvatiya ərazisi “županiya” adlanan dairələrə (uclar) bölünmüşdü. Hər bir županiyaya župan – yəni qraf rəhbərlik edirdi.[16] Bu qraflar yerli zadəganlar olurdu və öz vəzifələrini irsən daşıyırdılar – bu qayda 1102-ci ildən əvvəl olduğu kimi ənənəvi Xorvatiya adət hüququna əsaslanırdı. Kilsə məsələlərində Xorvatiya, Kupa dağından cənubda yerləşən əraziləri ilə birlikdə Split arxiyepiskopunun, Slavyoniya isə Kaloça arxiyepiskopunun dini yurisdiksiyası altında idi.[17]
Xorvatiya, 1102 və 1105-ci il müqavilələrinə əsasən, kral sülaləsinin fəaliyyətinin dayandırılması halında öz kralını seçmək imkanına malik idi. Bir neçə dəfə baş verməsi müharibəyə gətirib çıxarmışdır.[18][19]
1290-cı ildə IV Laslo vəfat etdikdən sonra III Andraş hakimiyyətə gəlmişdir. Öz növbəsində Xorvatiya, Stefan (III Andraşın atası) 1235-ci ildə II Andraşın qeyri-qanuni uşaq elan edildiyi üçün onu tanımaqdan imtina etmişdir. Karl Martell yeni kral seçilmişdir. Vətəndaş müharibəsi dövründə Xorvatiya kralı kimi taclandırılmışdır. [20]Münaqişədə Serbiyanın dəstəyini qazanmaq məqsədi ilə, Serbiyanın varisi olan II Stefanı Slavoniyanın banı elan etmişdir, halbuki ərazi III Andraşın nəzəri altında idi. 1295-ci ildə Karl Martellin vəfatından sonra III Andraş xorvat zadəganlığını ələ keçirmişdir. [21]Lakin 1300-cü ildə zadəganlıq Karl Roberti (Karl Martellin oğlu) krallığa nəzarət etməyə çağırmışdır. Tezliklə Xorvatiyaya gələrək orada Macarıstan və Xorvatiya kralı elan edilmişdir. III Andraşın varisi olmadığından müharibə bitmişdir və 1308-ci ildə Karl Robert III Andraşın vəfatından sonra Macarıstan kralı olmuşdur.[22]
1382-ci ildə I Böyük Lyudovikin vəfatından sonra Macarıstanın və Xorvatiyanın yeni kraliçası onun qızı Mariya olmuşdur. Mariya Lüksemburqlu Siqizmund üçün həyat yoldaşı kimi vəd edilmişdi. Xorvat zadəganlığını və macar zadəganlığının bir hissəsi Siqizmunda qarşı idilər. Buna görə Neapol kralı olan III Karlı Macarıstan taxtına çıxmağa çağırdılar.[23][24] Tacqoyma mərasimindən bir neçə ay sonra III Karl Mariyanın anası bosniyalı Yelizavetanın əmri ilə qətlə yetirilmişdir. Qətldən sonra Xorvatiyada üsyan başlamışdır və III Karlın azyaşlı oğlu Vladislav kral elan edilmişdir.[25]
Situasiyanı sakitləşdirmək üçün Mariya və bosniyalı Yelizaveta silahlı şəkildə Xorvatiyaya gəlmişdir, lakin xorvat zadəganları tərəfindən ələ keçirilmiş və zindana atılmışdılar.[26] 1387-ci ildə Yelizaveta zindanda öldürülmüşdür, Mariya isə Venesiyanın köməyi ilə sərbəst buraxılmışdır. Bundan sonra Xorvatiya və Siqizmund arasında 40 il müharibə davam etmişdir.[27]
Müharibənin birinci dövrü 1395-ci ildə xorvatların məğlubiyyəti ilə başa çatmışdır. [28]Bundan sonra Siqizmund özünü türklərə qarşı səlib yürüşünə başlamaq üçün kifayət qədər güclü hesab etdi ki, Nikopol döyüşündə Siqizmund ordusunun məğlubiyyəti ilə başa çatmışdır. Döyüş xəbəri Xorvatiyaya çatanda daha ətraflı məlumat gözləmədən Siqizmundun öldüyünü, Vladislavı isə qanuni kral elan etdilər. Siqizmundun sağ olduğu aydınlaşdıqdan sonra Xorvatiya parlamenti və kralı uzlaşma məktublar mübadiləsi aparmışdır və bütün problemlərin həlli üçün görüşmək barədə razılığa gəlmişdilər.[29]
1453-cü ildə Bizans İmperiyasını fəth etdikdən sonra Osmanlılar sürətlə qərbə doğru genişləndilər və Xorvatiyanı da təhdid etdilər.[30] Bosniyanın cökməsindən sonra 1463-cü ildə kral Matyaş Korvin müdafiə sistemi gücləndirmiş Yatse banatı və Srebrenik banatı qurmuşdur. Osmanlılar müdafiə xəttini keçməkdə çətinlik çəksələr də, müntəzəm olaraq Xorvatiyaya və Macarıstanın cənubuna talan basqınları həyata keçirirdilər.[31] 1463-cü ildə basqınlardan biri zamanı Xorvatiya ban Şpirançiç Sendə əsir götürülmüşdür. Osmanlı imperiyası tez bir zamanda cənub bölgələrinə yayılmışdır, burada 1482-ci ildə Herseqovinanın çox hissəsini və Neretva vadisindəki Xorvat qalalarını fəth etmişdilər.[32]
Macarıstan və Xorvatiya arasında ilk ittifaq Mohaç döyüşündə macar ordusunun osmanlılar tərəfindən məğlub edilməsi və kral II Lüdovikin vəfatından sonra dağılmışdır.[33][34]
Liée désormais à la Hongrie par une union personnelle, la Croatie, pendant huit siècles, formera sous la couronne de saint Étienne un royaume particulier ayant son ban et sa diète.
Croatia retained its independence under native kings until 1102, when the crown passed into the hands of the Hungarian dynasty.