. Love.az

Madeyra Cayi - Wikipedia - Love.az

Ana Səhifə - Madeyra Cayi

Мadeyra — Cənubi Amerika ərazisindən axan, Amazon çayının iri qollarından biri.

Madeyra çayı
isp. Rio_Madeira; port. Madeira
Ölkələr
  •  Boliviya
  •  Braziliya
Şəhər
  • Portu-Velyu
Mənbəyi Mamore çayı, Beni çayı
 • Yüksəkliyi 119 m
Mənsəbi Amazon çayı
Uzunluğu 3230 km
Su sərfi 31.200 m³/s[1]
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 1158000 km²
Madeyra çayı (Braziliya)
physical
mənbəyi
physical
mənsəbi
Madeyra çayı Braziliyanın fiziki xəritəsində:

10°22′34″ c. e. 65°23′30″ q. u.HGYO

3°23′30″ c. e. 58°46′49″ q. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay Mamore çayı və Beni çayının birləşməsindən əmələ gələrək Boliviya və Braziliya sərhəddindən başlayaraq axır. Ümumilikdə 100 km məsafədə sərhədi təşkil edir. Sonradan şimal-şərqdən Braziliyanın Rondoniya və Amazonas ştatları ərazisinə axır. Çayın uzunluğu 3230 km, hövzəsinin sahəsi 1158 min km² təşkil edir.

Mövsümdən asılı olaraq 12 m dərinliyə malik ola bilər. Bolsulu olduğu dövr oktyabrdan mayda qədərdir. Çayın adı madeira sözü portuqalcadan tərcümədə ağac mənasını verir. Belə ki, çay Amazon cəngəlliklərindən axır.

Gəmiçilik limanları: Portu-Velyu. Çay kənarında yerləşən şəhərlər: Portu-Velyu, Umayta, Manikore.

Madeyra çayında Amazon delfini yayılmışdır.

2007-ci ilin iyulunda Braziliya hökuməti Madeyra çayı üzərində iki SES (Santu-Antoniu və Jirau) tipintisinin planlaşdırdığını elan etmişdir[2].

İstinadlar

redaktə
  1. ↑ https://www.portalbrasil.net/brasil_hidrografia.htm.
  2. ↑ "Braziliya Madeyra üzərində SES tikir". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-05.

Mənbə

redaktə
  • Amazonka və Madeyra
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Madeyra_çayı&oldid=6667890"
LOVE.AZ