Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Mahir Niyazi oğlu Qarayev (17 iyul 1958, Göyçay) — Azərbaycan şairi, publisisti, tərcüməçisi. O, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[mənbə göstərilməlidir]
Mahir Qarayev | |
---|---|
Mahir Niyazi oğlu Qarayev | |
Doğum tarixi | (66 yaş) |
Doğum yeri | Göyçay |
Təhsili | |
Fəaliyyəti | Şair, publisist, tərcüməçi |
Üzvlüyü |
17 iyul 1958-ci ildə doğulub. 1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini; 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini; 1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1976–1978-ci illərdə hərbi xidmətdə olub. 1979–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, "Türkologiya" elmi-kütləvi dərgisində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" və "Tarix" qəzetlərində; Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində; həmçinin "ABS" və "Cümə" müstəqil nəşrlərində çalışıb. 1994–1996-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində "Yol" ədəbi qəzetinin və ingiliscə çıxan "WEEK-END" həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 1996–1999-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 1999–2014-cü illərdə "Antinarkotizm" Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda "Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti" ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisidir. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir; iki övladı var.[1]
İmre Kertes (Macarıstan) Talesiz. Bakı, "Təhsil" nəşriyyatı, 2017.
Filip Rot (Amerika) Əlvida, Kolumbus. Bakı, "Parlaq imzalar" nəşriyyatı, 2017.
Kişi, qadın və çətir (çağdaş Ukrayna şeiri) Bakı, "Aspoliqraf LTD" MMC, 2017.
XX əsrin Norveç hekayələri Bakı, "Təhsil" nəşriyyatı, 2018.
Alberto Moravia (İtaliya) Çoçara. Roma hekayələri. Bakı, "Aspoliqraf LTD", 2018.
Andre Morua (Fransa) Vəsiyyətnamə. Bakı, "Təhsil" nəşriyyatı, 2019.
Frans Kafka (Avstriya) Çevrilmə. Bakı, "Qanun" nəşriyyatı, 2019.
Frans Kafka (Avstriya) Vəsiyyət. Bakı, "Qanun" nəşriyyatı, 2020.
Mario Varqas Lyosa (Peru) Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2020.
Mario Benedetti (Uruqvay) Yaxın sahil. Bakı, "Qanun" nəşriyyatı, 2021.
Frans Kafka (Avstriya) Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2021.
Qabriel Qarsia Markes (Kolumbiya) Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2021.
Alberto Moravia (İtaliya) Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2022.
Ernest Heminquey (Amerika) Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2022.
Frans Kafka (Avstriya) Çevrilmə. Bakı, "Qanun" nəşriyyatı, 2022.
Andre Morua (Fransa) Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2023.
Dmitri Danilov (Rusiya) Salam, Saşa! Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2023.