. Love.az

Mais Esedov - Wikipedia - Love.az

Ana Səhifə - Mais Esedov

Mais Əsədov və ya Qəmlo (tam adı: Mais Əsəd oğlu Əsədov; d. 1 may 1970, Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ – ö. 4 aprel 1993, Divanalılar, Füzuli rayonu, Azərbaycan) — Birinci Qarabağ müharibəsi şəhidi.

Mais Əsəd oğlu Əsədov
Digər adı Qəmlo
Doğum tarixi 1 may 1970
Doğum yeri Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 aprel 1993 (22 yaşında)
Vəfat yeri Divanalılar, Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Atası Əsəd Əsədov
Milliyyəti Azərbaycanlı
Mükafatları "Azərbaycan Bayrağı" ordeni

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
    • 1.2 Ölümü
  • 2 Təltif və mükafatları
  • 3 İstinadlar

Həyatı

redaktə

Mais Əsədov 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur.[1] Mais Əsədov kənddə orta məktəbi bitirdikdən sonra 1988–1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu.[1]

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

redaktə

O, Birinci Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir.[1]

Ölümü

redaktə

1993-cü il aprel ayının 4-ü düşmən artıq Divanalılar kəndində evləri yandırmağa başlamışdı. Üç saat çəkən döyüşdən sonra ermənilər itki verərək işğal etdikləri kəndi tərk etdilər. Mais Əsədov başda olmaqla bizim döyüşçülər kəndə daxil oldular. Bu vaxt Azərbaycanın "Qrad" artilleriya qurğuları səhvən öz mövqelərini atəşə tutdular. Mais Əsədov silahdaşları ilə birgə atəş mövqeyindən kənarlaşmaq üçün Ağamurad təpəsinin önündə yerləşən Ağoğlan çayına doğru çəkilməli oldu. Erməni snayperi Ağamurad təpəsində mövqe tutmuşdu. Əsədov, öz döyüşçülərini yenidən irəli səsəmək üçün ayağa qalxaraq "İrəli! Qırın bu it uşağını!"- qışqıraraq nərə çəkdi. O, lakin düşmən gülləsinə tuş gəldi.[2]

Subay idi.[1]

Azərbaycan xalqı arasında "Qəmlo" kimi tanınırdı.[1]

Təltif və mükafatları

redaktə

2003-cü il iyun ayının 24-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.[1]

  • 2003 —   "Azərbaycan Bayrağı" ordeni

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 "Kərim Kərimli: XATIRLA MƏNİ!". www.azpress.az. www.azpress.az. Archived from the original on 2023-07-27. İstifadə tarixi: 30 iyun 2016.
  2. ↑ ""Qarabağ qazisi olmaq mənim üçün şərəfdir"". karabakhinfo.com. karabakhinfo.com. Archived from the original on 2023-07-27. İstifadə tarixi: 20 iyul 2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mais_Əsədov&oldid=7946865"
LOVE.AZ