. Love.az

Mama Kannon Mebedi - Wikipedia - Love.az

Ana Səhifə - Mama Kannon Mebedi

Mama Kanno məbədi (間々観音?) və ya Ryuon məbədi (龍音寺?) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir.[1]

Buddizm
Mama Kannon məbədi
Xəritə
Din
İlahi gücü Kannon
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura  Ayçi prefekturası
Şəhər Komaki
Memarlıq
İnşa tarixi 1492
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Xüsusiyyətlər
  • 3 Qalereya
  • 4 İstinadlar

Tarixi

redaktə

Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur.[1] Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür.[1]

Xüsusiyyətlər

redaktə

Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir.[1] Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır.[1] Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir.[1] Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.[1]

Məbəddə döş formasında heykəllərə və üzərində döş təsviri[1] olan emalara rast gəlinir.[1] Bir çox hamilə qadın rahat uşağ doğumu, sağlam həyat və laktasiya üçün məbədi ziyarət etməyə gəlir.

Qalereya

redaktə
  •  
    Uşaq əmizdirən qadın heykəli.
  •  
    Döş təsviri olan emalar.
  •  
    Çozuya.
  •  
    Paqoda.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 "Mama Kannon Temple". Atlas Obscura (ingiliscə). 1 sentyabr 2020. Archived from the original on 2022-09-03. İstifadə tarixi: 3 sentyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mama_Kannon_məbədi&oldid=6668232"
LOVE.AZ