. Love.az

Mantuya Markqrafligi - Wikipedia - Love.az

Ana Səhifə - Mantuya Markqrafligi

Mantuya markqraflığı (it. Marchesato di Mantova) — 1433-1530-cu illərdə Lombardiyada mövcud olan, Mantuya mərkəzli tarixi dövlətdir. 1530-cu ildə dövlətin statusu hersoqluğa yüksəldi.

Tarixi dövlət
Mantuya markqraflığı
Bayraq Gerb
Bayraq Gerb
← 
 →
22 sentyabr 1433 — 25 mart 1530

Paytaxt Mantuya
Rəsmi dilləri
  • Lombard dili,
  • italyan dili,
  • latın dili
Din Roma-Katolik kilsəsi

Tarixi

redaktə

1433-cü ildə Mantuya lordu Janfrançesko Qonzaqa 12 min qızıl florin xərac ödəyərək Müqəddəs Roma imperatoru Sigismunddan markqraf ünvanı satın aldı. Hakimiyyətini gücləndirmək məqsədilə imperatorun uzaq qohumunu oğlu Lüdoviklə evləndirdi. Breşia və Kremona kimi bəzi şimali Lombardiya şəhərlərini ələ keçirərək səltənətini genişləndirdi.

1444-1478-ci illəri əhatə edən III Lüdovik səltənəti isə dövlətin incəsənət baxımından zirvəyə çıxdığı illərdir. Andrea Mateya və Leon Battista Alberti kimi dövrün mühüm sənətçiləri Mantuya sarayına dəvət olundular.

1478-1484-cü illəri əhatə edən I Frederik səltənətində Milanın hakimi Sforza ailəsiylə yaxın münasibətlər quruldu və Milan şəhər-dövlətinin hərbi komandanlığı Qonzaqa ailəsinin əlinə keçdi. Onun oğlu II Françeskonun İntibah dövrünün ən güclü qadın simalarından olan İzabella d'Este ilə evlənməsi nəticəsində, Este ailəsiylə də yaxın əlaqələr quruldu.

1519-cu ildə taxta çıxan son Mantuya markizi II Frederikin səltənəti həm siyasi, həm də sənət baxımından fərqləndi. Belə ki, 1530-cu ildə hersoq ünvanı alara dövlətin idarəetmə statusunu yüksəltdi. Digər yandan Rafael Santinin tələbələrindən Julio Romanonun nəzarəti altında Mantuya yaxınlığındakı Palazzo del Te sarayını inşa etdirdi. Ardından onu 16 il boyunca öz sarayında himayə edərək bir çox sənət əsərinin meydana çıxmasına şərait yaratdı. Məşhur italyan rəssamı Tisian Veçelliodan bir neçə portret satın aldı. Tisian Veçellio tərəfindən 1529-cu ildə hazırlanan portreti hal-hazırda Madriddəki Prado muzeyində nümayiş etdirilir.

Qrafların siyahısı

redaktə
Qraf Hakimiyyət illəri Qrafinya
I Janfrançesko Qonzaqa

1395-1444

(48 yaş)

  22 sentyabr 1433

– 25 sentyabr 1444

Paola Malatesta

1393-1449

(56 yaş)

 
III Lüdovik Qonzaqa

1412-1478

(66 yaş)

  25 sentyabr 1444

– 11 iyun 1478

Brandenburqlu Barbara

1422-1481

(59 yaş)

 
I Frederik Qonzaqa

1395-1444

(48 yaş)

  11 iyun 1478

– 14 iyul 1484

Bavariyalı Marqarita

1442-1479

(37 yaş)

 
II Françesko Qonzaqa

1395-1444

(48 yaş)

  14 iyul 1484

– 3 aprel 1519

İzabella d'Este

1474-1539

(64 yaş)

 
II Frederik Qonzaqa

1395-1444

(48 yaş)

  3 aprel 1519

– 25 mart 1530

-

Mənbə

redaktə
  • Brinton, Selwyn. The Gonzaga - Lords of Mantua. Methuen & Co. Ltd. 1927.
  • Brown, Alison. The Renaissance. Routledge. 1988.74
  • Campbell, Thomas P. Tapestry in the Renaissance: Art and Magnificence. The Metropolitan Museum of Art. 2002.
  • Fletcher, Stella. The Longman Companion to Renaissance Europe, 1390-1530. Routledge. 2013.
  • Wilson, Katharina M.; Margolis, Nadia, redaktorlar Gonzaga, Cecilia // Women in the Middle Ages. Greenwoods Press. 2004.
  • Woodward, William Harrison. Vittorino Da Feltre and Other Humanist Educators. University of Toronto Press. 1996.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mantuya_markqraflığı&oldid=8120793"
LOVE.AZ