. Love.az

Marat Allahverdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Marat Allahverdiyev

Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı. O, həmçinin Azərbaycan Respublikası Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sədrinin birinci müavini[1], Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışmışdır.

Marat Allahverdiyev
Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri
20 mart 1991 – 10 aprel 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıFazil Muradəliyev
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sədrinin birinci müavini
25 sentyabr 1991 – 27 avqust 1992
Əvvəlkivəzifə təsis edilib
Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı
5 fevral 1991 – 24 noyabr 1995
Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri
7 dekabr 1976 – 9 sentyabr 1980
ƏvvəlkiCahangir İldırımzadə
SonrakıNazim İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 18 may 1941(1941-05-18)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 24 oktyabr 2015(2015-10-24) (74 yaşında)
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Uşağı
  • Elnur Allahverdiyev

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı
Azərbaycan SSR əməkdar hüquqşünası

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Fəaliyyəti
    • 2.1 Əmək fəaliyyəti
    • 2.2 Siyasi fəaliyyəti
    • 2.3 Elmi fəaliyyəti
  • 3 Təltifləri
  • 4 İstinadlar

Həyatı

redaktə

Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib.[2]

Ailəsi

redaktə

3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyəti

redaktə

Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri,[3] məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sədrinin birinci müavini[1], Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb.

Siyasi fəaliyyəti

redaktə

1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Elmi fəaliyyəti

redaktə

Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub.

Təltifləri

redaktə

20 may 1990-cı ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984–1990-cı illərdə 30 qədər məscid o cümlədən "Təzə-Pir", "Əjdərbəy", "Maştağa", "Mərdəkan", "Bibi-heybət", "Türbə", bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H. Z. Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "M. A. Allahverdiyev haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-04-17.
  2. ↑ "Marat Allahverdiyev". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
  3. ↑ "Bir-birimizin həm naziri, həm də işçisi olmuşuq…". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Marat_Allahverdiyev&oldid=8118580"
LOVE.AZ