Mark Qasol (isp. Marc Gasol; d. 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir.
Mark Qasol isp. Marc Gasol | |
---|---|
kat. Marc Gasol i Sáez[1] | |
![]() | |
Mövqeyi | mərkəz, Uzun hücumçu |
Boyu | 216 sm |
Çəkisi | 120 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 29 yanvar 1985(1985-01-29)[2] (40 yaş) |
Doğum yeri | |
Oyunçu seçimi | Los-Anceles Leykers |
![]() |
1985-ci ildə anadan olub[4]. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər[5]. Kolleci orada bitirib. 2003-cü ildə Lausanne Kollecində oynayarkən "2 liq cənab basketbol" seçildi[6]. Oyunda 26 xal, 13 ribaund,[7] 6 blok əldə etdi. Ailəsi hələ də Amerika Birləşmiş Ştatlarında yaşayır.
Kollec təhsilini bitirdikdən sonra İspaniyaya gedib[8]. 2004-2006 tarixlərində Barselonada oynayıb[9]. 2006-2008 tarixlərində Akasvayu Qirona komandasında oynayıb. 2008-ci ildə liqin ən dəyərli oyunçusu seçilib[10].
2007-ci ildə NBA seçmələrinə qatılıb. mərhələ 2, yığma 48 Los-Anceles Leykers tərəfindən seçilib. 1 fevral 2008-ci ildə Memfis Qrizzlis komandasına mübadilə[11] edildi. 23 avqust 2008-ci ildə Memfis Qrizzlis komandasına imzasını atdı[12].
2008-ci ildə NBA liqində oynayan Qasol, ilk mövsümündə 82 oyunda yer aldı. 75 oyununda ilk 5 başladı. İlk ilini 11,9 xal, 7,4 ribaund ilə qurtardı. 2009-2010 mövsümündə 69 oyunda oynadı[13]. Mövsümü 14,6 xal, 9,3 ribaund ilə bitirdi[14]. 2010-2011-ci ildə 81 oyunda yer alıb[15]. Həmin il Play-off təcrübəsi yaşadı[16]. 11,7 xal və 7.0 ribaundla mövsümü bitirdi. Komandası ilə birlikdə konfrans yarı finallarına yüksəldi[17]. Play offlarda 13 oyunda yer aldı. 15,0 xal, 11,2 ribaund ve 2,2 blok ilə mövsümü tamamladı. 2011-2012-ci ildə[18][19] karyerasında ilk dəfə olaraq ən ulduz oldu.
Ailədə 3 qardaşdırlar. Böyük qardaşı Pau Qasoldur[20]. Ən balaca qardaşlarıda vardır. Adı Adriadır[21].
2012-2013-cü ildə ilin ən yaxşı müdafiəçisi mükafatını qazanmışdır[22].
Milli komanda ilə bir çox turnirə qatılan oyunçu, komandası ilə bir çox medal qazandı. 2008-ci ildə Pekində olan Olimpiya oyunlarında gümüş medal qazandı[23][24]. 2006-cı ildə Yaponiyada olan Basketbol üzrə dünya çempionatında qızıl medal, 2009-2011-ci illərdə olan Basketbol üzrə Avropa çempionatında komandası ilə birlikdə iki dəfə qızıl medal qazandı[25].