Marqarita Mediçi (it. Margherita de' Medici; 31 may 1612[1], Florensiya – 6 fevral 1679[1][2], Parma) — Böyük Toskana hersoqu II Kozimo Mediçinin qızı, Parma hersoginyası.[3][4] Oğlunun uşaqlıq illərində qısa müddət naibə olaraq xidmət etdi.
Marqarita Mediçi | |
---|---|
![]() | |
11 oktyabr 1628 – 11 sentyabr 1646 | |
1646 – 1648 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 may 1612(1612-05-31)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 1679(1679-02-06)[1][2] (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | II Kozimo (Toskana hersoqu) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Mediçilər |
Dini | katolisizm |
![]() |
31 may 1612-ci ildə Florensiyada dünyaya gəldi. Atası Böyük Toskana hersoqu II Kozimo Mediçi, anası isə Avstriya hersoqu II Karlın qızlarından Mariya Maqdalenadır. Hələ 8 yaşında ikən Parma və Piaçensa hersoqu I Ranuççionun oğlu və varisi Odoardoyla nişanlandı. Cütlüyün toy mərasimi isə nişanlısının taxta çıxmasından sonra - 11 oktyabr 1628-ci ildə Florensiyada baş tutdu. Cütlüyün bu nigahdan 8 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda vəfat etdi.
Ərinin 1646-cı ildə vəfat etməsinin ardından 16 yaşlı oğlu II Ranuççio taxta çıxarıldı. Naib təyin edilən qaynı kardinal Françesko Mariya ilə birlikdə dövlət idarəsini əlinə aldı. Qaynının 1647-ci ildə vəfat etməsindən sonra bu vəzifəni təkbaşına yürütdü. Ertəsi il oğlunun yetkinlik yaşına çatdığı elan edildi. Qalan ömrü barədə yetərli məlumat yoxdur. 6 fevral 1679-cu ildə Parmada vəfat etdi.