. Love.az

Mehdiqulu Xan Hidayet - Wikipedia - Love.az

Ana Səhifə - Mehdiqulu Xan Hidayet
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Mehdiqulu xan.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Mehdiqulu xan Hidayət (fars. مهدی‌قلی هدایت‎; 17 yanvar 1864, Tehran – 13 sentyabr 1955, Tehran) — üç dəfə İranın baş naziri, mürtəce ruhlu, Şeyx Məhəmməd Xiyabani hərakatının yatırılmasında iştirak edib. Cənubi Azərbaycanın valisi.

Mehdiqulu xan Hidayət
fars. مهدی‌قلی هدایت‎‎
Şəxsi məlumatlar
Doğum tarixi 17 yanvar 1864(1864-01-17)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat tarixi 13 sentyabr 1955(1955-09-13) (91 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti siyasətçi
Atası Hacı Əliqulu xan Hidayət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Haqqında yazılanlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonla razılaşdırılmış Müxbirüssəltənə Mehdiqulu xan Hidayət sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi. Müxbirüssəltənə baş nazirin məktubunu Xiyabaniya çatdırıb, onunla "danışığa" başladı. Danışıqlar davam etdiyi müddətdə isə o, Təbrizin kənarında düşərgə salmış və MH tərəfindən tərk silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi. Təbrizə başqa yerlərdən də süvari dəstələri çağırıldı. MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstələrinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı. Haşimi ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı. Sentyabrın 12-də əks-inqilabı qüvvələr üsyançılar üzərinə hücuma keçdilər.1920-ci ilin sentyabrın 14-də azadlıq hərəkatı yatırıldı

Haqqında yazılanlar

redaktə

Mirzə Ələkbər Sabir Hop-hopnamədə onu qamçılayırdı:

Müxbirüssəltənəyə

Yapdığın hiyləni hər günkü qəzetdə oxudum,
Axırında yenə gördüm ki, yazılmış: "Sonu var".
Nə xəbərdir, deyə sordum, dedi müxbir ki, hələ
Birini göstərirəm, işbu rəqəmdən onu var!..

Həmçinin bax

redaktə
  • Hidayət (soy)

Xarici keçidlər

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehdiqulu_xan_Hidayət&oldid=7982530"
LOVE.AZ