. Love.az

Misenko Zumrudciceyi - Wikipedia - Love.az

Ana Səhifə - Misenko Zumrudciceyi

Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Mişenko zümrüdçiçəyi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Qulançarkimilər
Yarımfəsilə:
Zümrüdçiçəyikimilər
Cins:
Zümrüdçiçəyi
Növ:
Mişenko zümrüdçiçəyi
Beynəlxalq elmi adı
  • Scilla mischtschenkoana Grossh.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
EOL  1082575

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Sayı və tendensiyası
  • 4 Məhdudlaşdırıcı amillər
  • 5 Mühafizə tədbirləri
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
    • 6.2 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Psixrofitdir, soğanaqla və toxumla çoxalır. Alp qurşağında əriyən qarların ətrafında rast gəlinir. Gilli, daşlı-çınqıllı yamaclarda bitir. Dekorativ bitkidir.

Azərbaycanda yayılması

redaktə

Naxçıvanın dağlıq hissəsində (Ordubad rayonu, Soyuqdağ və Qapıcıq dağları ərazisində).

Sayı və tendensiyası

redaktə

Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen (əhali tərəfindən yığılması) və ekoloji təsir.

Mühafizə tədbirləri

redaktə

Çox az sahələrdə yayıldığından xüsusi mühafizə tədbirləri görülməlidir. Yasaqlıqlar təşkil edilməli, bərpasının təmin etmək üçün yeni yayılma yerləri axtarılmalıdır.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Othocallis mischtschenkoana (Grossh.) Speta

Heterotipik sinonimləri

redaktə
  • Scilla diziensis Grossh.
  • Scilla grossheimii Sosn.
  • Scilla tubergeniana Hoog & Stearn
  • Scilla zangezura Grossh.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mişenko_zümrüdçiçəyi&oldid=8116528"
LOVE.AZ