. Love.az

Mican - Wikipedia - Love.az

Ana Səhifə - Mican

Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır.

Mican
40°47′36″ şm. e. 48°07′53″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Ləğv olunub 13 dekabr 2011
Mərkəzin hündürlüyü 564 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.996 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3100
Xəritəni göstər/gizlə
Mican xəritədə
Mican
Mican

Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı–Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal–hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhali
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Tarixi

redaktə

13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[1]

Əhali

redaktə

1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.[2] Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.

1988-ci ildən sonra Ermənistan SSR-dən köçürülən Azərbaycanlılardan bir-neçə ailə daimi olaraq kənddə məskunlaşmışdır.

İstinadlar

redaktə
  1. ↑ "İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 13 dekabr 2011-ci il tarixli Qanunu" (az.). president.az. 09 fevral 2012, 18:00. 2012-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.
  2. ↑ Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 31[ölü keçid]

Həmçinin bax

redaktə
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mican&oldid=8139949"
LOVE.AZ