. Love.az

Mikayil Huseynov - Wikipedia - Love.az

Ana Səhifə - Mikayil Huseynov

Mikayıl Ələsgər oğlu Hüseynov (Useynov) (6 (19) aprel 1905, Bakı[1] – 7 oktyabr 1992, Bakı) — Azərbaycan-sovet memarı və memarlıq tarixçisi, memarlıq doktoru (1950), professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941)[2], Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985). Sosialist Əməyi Qəhrəmanı (1985), SSRİ xalq memarı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), "Stalin" mükafatı laureatı (1941), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı, Azərbaycan SSR Ali Sovetinin III, VI və XI çağırış deputatı.[3]

Mikayıl Hüseynov
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
1947 – 1992
Sonrakıİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 6 (19) aprel 1905
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası[1]
Vəfat tarixi 7 oktyabr 1992(1992-10-07) (87 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Fəxri Xiyaban
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (1922–1929)
Fəaliyyəti memar, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi memar
Elmi dərəcəsi
  • memarlıq doktoru

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 19851985
"Lenin" ordeni — 19851985 "Lenin" ordeni — 19581958 "Lenin" ordeni — 19461946 "Qırmızı əmək bayrağı" ordeni — 19511951 "Qırmızı əmək bayrağı" ordeni — 19391939
"SSRİ xalq memarı" fəxri adı — 19701970 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940 2-ci dərəcəli "Stalin" mükafatı — 19411941 SSRİ Nazirlər Sovetinin mükafatı — 19781978
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Əsərləri
    • 3.1 Moskva
    • 3.2 Gəncə
    • 3.3 Qazax
    • 3.4 Düşənbə
    • 3.5 Bakı
  • 4 Təltif və mükafatları
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Həyatı

redaktə

Mikayıl Ələsgər oğlu Hüseynov 19 aprel 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur.[4] 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır.[2][5]

1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990-cı illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir.[5]

1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir. Eyni ildə M. Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu.

M. Hüseynov 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş,[3] I Fəxri Xiyabanda dəfn edilmişdir.

Yaradıcılığı

redaktə

Az vaxtda onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1937–1939), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (1946), Nizami Kino Mərkəzi (1937–1939), Azərbaycan Politexnik İnstitutu (1931–1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası, 1938–1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilmişdir.[4] Hüseynovun 1960–1980-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı ansamblının tikintisi əhəmiyyətli yer tutur.[6]

İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya Cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində akademik M. Hüseynovun əsərləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Hüseynovu Böyük Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər.[3]

Əsərləri

redaktə

Moskva

redaktə
  • Azərbaycan pavilyonu (açılış – 1939; Mikayıl Hüseynov, Sadıq Dadaşov)

Gəncə

redaktə
  • Nizami Gəncəvinin heykəli (açılış – 1946; heykəltaraş: Fuad Əbdürrəhmanov, memarlar: Mikayıl Hüseynov, Sadıq Dadaşov)

Qazax

redaktə
  • Qazax Pedaqoji Texnikumu (layihə – 1933, tikinti – 1934–1936; Mikayıl Hüseynov, Sadıq Dadaşov)

Düşənbə

redaktə
  • Rudəkinin abidəsi (açılış – 1964; heykəltaraş: Fuad Əbdürrəhmanov, memar: Mikayıl Hüseynov)

Bakı

redaktə
  • Nizami kinoteatrı (layihə – 1935, tikinti – 1939, açılış – 1940; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Azərbaycan Dövlət Tibb İnstitutunun yataqxanası (layihə – 1934, tikinti – 1936–1938; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (layihə – 1935, tikinti – 1937–1939; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Azərbaycan Politexnik İnstitutu (layihə – 1935, tikinti – 1955; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (layihə – 1936, tikinti – 1937–1939; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • "Bakı Soveti" işçiləri üçün yaşayış evi (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası) (layihə – 1937, tikinti – 1938–1941; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (layihə – 1940, tikinti – 1946; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Nizami Gəncəvinin heykəli (açılış – 1949; heykəltaraş: Fuad Əbdürrəhmanov, memarlar: Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Alimlər evi (layihə – 1946, tikinti – 1950-ci illər; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • "Buzovnaneft" tresti işçilərinin yaşayış binası (layihə – 1945, tikinti – 1952; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
 
Mikayıl Hüseynov və Sadıq Dadaşov
  • "Paris Kommunası" adına gəmiqayırma zavodu işçiləri üçün tikilmiş yaşayış binaları (1947–1950-ci illər; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • "AzNeft" zavodlarının yaşayış binası (1945–1950-ci illər; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
  • Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası (layihə – 1947–1948, tikinti – 1948–1960; Mikayıl Hüseynov)
  • Azərbaycan SSR EA şəhərciyi kompleksi (layihə – 1948, tikinti – 1951–1966; Mikayıl Hüseynov)
  • "Azad qadın" monumental heykəli (açılış – 1960; heykəltaraş: Fuad Əbdürrəhmanov, memar: Mikayıl Hüseynov)
  • Səməd Vurğunun abidəsi (açılış – 1961; heykəltaraş: Fuad Əbdürrəhmanov, memar: Mikayıl Hüseynov)
  • Azadlıq meydanı kompleksi (layihə – 1962, tikinti – 1960–1980-ci illər; Mikayıl Hüseynov, Nəimə Axundova və s.)
  • İnturist — "Azərbaycan" mehmanxanası (layihə – 1964, tikinti – 1966–1975 illər, əsas korpusda tikintinin başa çatması – 1969; Mikayıl Hüseynov, Nəimə Axundova; sökülüb)
  • "Abşeron" mehmanxanası (layihə – 1965, tikinti – 1968–1986 illər, istifadəyə verilib – 1985; Mikayıl Hüseynov, Nəimə Axundova; sökülüb)
  • Nəriman Nərimanov metrostansiyası (açılış – 25 noyabr 1967-ci il; Mikayıl Hüseynov)
  • 76-cı kvartalda mehmanxana tipli yaşayış evi — "Moskva" mehmanxanası ("ANBA" qonaq evi — 90-cı illərdəki adı) (layihə – 1965, tikinti – 1967–1978 illər; Mikayıl Hüseynov; sökülüb)
  • Nizami metrostansiyası (açılış – 31 dekabr 1976-cı il; Mikayıl Hüseynov)
  • Elmlər Akademiyası metrostansiyası (açılış – 31 dekabr 1985-ci il; Mikayıl Hüseynov)
  • "Azadlıq" meydanının arxasındakı 10 mərtəbəli yaşayış binaları (1974–1982-ci illər; Mikayıl Hüseynov, Nəimə Axundova)
  • Üzeyir Hacıbəyov küçəsinə çıxan 10 mərtəbəli yaşayış binaları (1974–1982-ci illər; Mikayıl Hüseynov, Nəimə Axundova)
  •  
    Nizami Kino Mərkəzi (1935-1939) "Azərdövlətlayihə" (Bakı)
  •  
    Nizami küçəsində “Buzovnaneft” tresti işçilərinin yaşayış evi (1950-ci illər) "Azərdövlətlayihə" (Bakı)
  •  
    Azərbaycan pavilyonu
  •  
    Moskva mehmanxanası (1978) "Azərdövlətlayihə" (Bakı, sökülüb)
  •  
    Azneft trestinin işçilərinin yaşayış binası

Təltif və mükafatları

redaktə
  • Sosialist Əməyi Qəhrəmanı — 18 aprel 1985[6]
  • "SSRİ xalq memarı" fəxri adı — 20 oktyabr 1970
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
  • "Lenin" ordeni (3 dəfə) — 25 fevral 1946, 9 avqust 1958, 18 aprel 1985
  • "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə) — 16 sentyabr 1939, 6 noyabr 1951
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1941 (Azərbaycan pavilyonunun memarlıq layihəsinə görə)
  • SSRİ Nazirlər Sovetinin mükafatı — 1978

İstinadlar

redaktə
  1. ↑ 1 2 Усейнов Микаэль Алескерович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. ↑ 1 2 "Дадашев Садых Алекпер / Усейнов Микаэль Алескер". famous.totalarch.com (rus). 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
  3. ↑ 1 2 3 "Useynov Mikayıl Ələsgər oğlu (1905–1992)". science.gov.az (az.). 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
  4. ↑ 1 2 "The Face of Soviet Baku – Architects Sadiq Dadashov and Mikayil Useynov". www.visions.az (ingilis). May - June 2013. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
  5. ↑ 1 2 "Герой Социалистического Труда Усейнов Микаэль Алескерович". www.warheroes.ru (rus). 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
  6. ↑ 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 286–287.

Həmçinin bax

redaktə
  • Akademik Mikayıl Hüseynov mükafatı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mikayıl_Hüseynov&oldid=8104377"
LOVE.AZ