. Love.az

Mikola Bajan - Wikipedia - Love.az

Ana Səhifə - Mikola Bajan

Mikola Platonoviç Bajan (ukr. Микола Платонович Бажан, 26 sentyabr (9 oktyabr) 1904, Kamenets-Podolski – 23 noyabr 1983[1], Kiyev) —Ukrayna şairi, 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı .

Mikola Bajan
ukr. Микола Платонович Бажан
Doğum tarixi 9 oktyabr 1904
Doğum yeri
  • Kamenets-Podolski, Podolsk quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 23 noyabr 1983 (79 yaşında)
Vəfat yeri
  • Kiyev, Ukrayna SSR, SSRİ
Dəfn yeri
  • Baykovo qəbiristanlığı
Fəaliyyəti Ukrayna şairi
Fəaliyyət illəri 1924-cü ildən
Əsərlərinin dili ukrain dili
İstiqamət futurizm, sosialist realizmi
Janrlar şeir
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • Ukrayna Milli Elmlər Akademiyası,
  • Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi,
  • Ukrayna Milli Yazıçılar Birliyi[d]
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1974
"Lenin" ordeni — 1974 "Oktyabr inqilabı" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı
2-ci dərəcəli "Stalin" mükafatı — 1946 2-ci dərəcəli "Stalin" mükafatı — 1949 "Lenin" mükafatı Ukrayna SSR əməkdar elm xadimi — 1966
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatı
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Mikolo Bajan Platonoviç 1904-cü il 9 oktyabr tarixində Ukraynanın Kamenets- Polodski şəhərində anadan olmuşdur.

1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını almışdır.

"On yeddinci patrul" adlı ilk şeir kitabı 1923-cü ildə nəşr edilmişdir. Böyük Vətən müharibəsi illərində Mikolo Bajan işğal edilmiş vilayətlərin əhalisi üçün buraxılan "Za Padyansku Ukrainu" (Sovet Ukraynası uğrunda) qəzetinin redaktoru olmuşdur. Müharibə illəri və ondan sonrakı illərdəki yaradıcılığının əsas mövzusu xalqlar dostluğu, sülh uğrunda mübarizədir.

Mikolo Bajan Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Ə. Nəvainin "Fərhad və Şirin" poemalarını, A. S. Puşkinin, B. B. Mayakovskinin, A. Mistkeviçin əsərlərini ukrayna dilinə tərcümə etmişdir.

1978-ci ildən Ukrayna Sovet Ensiklopediyasının baş redaktoru, SSRİ Ali Sovetinin deputatı olmuşdur.

23 noyabr 1983-cü ildə vəfat etmişdir.

Mükafatı

redaktə
  • Beş dəfə Lenin ordeni (31.01.1939; 09.10.1954; 24.11.1960; 08.10.1964; 27. sentyabr 1974)
  • Sosialist Əməyi Qəhrəmanı (27. sentyabr 1974)
  • "Oktyabr inqilabı" ordeni (2. iyul 1971)
  • "Qırmızı bayraq" ordeni (1. aprel 1943)
  • və bir çox orden və medallarla təltif olunub.

İstinadlar

redaktə
  1. ↑ The Fine Art Archive. 2003.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mikola_Bajan&oldid=7503033"
LOVE.AZ