. Love.az

Milcekqapan Bitki - Wikipedia - Love.az

Ana Səhifə - Milcekqapan Bitki
Milçəkqapanlar (quş) ilə səhv salmayın.

Milçəkqapan (lat. Dionaea muscipula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin dionaea cinsinə aid bitki növü.

Milçəkqapan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Dəstə:
Qərənfilçiçəklilər
Fəsilə:
Şehçiçəyikimilər
Cins:
Dionaea
Növ:
Milçəkqapan (bitki)
Beynəlxalq elmi adı
  • Dionaea muscipula J.Ellis, 1768[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  22008
NCBI  4362
EOL  584643

Milçəkqapanın vətəni Şimali Karolina və Cənubi Karolinadır. Milçəkqapan bitkisi çevikliyi və manevr qabiliyyəti yuxarı olan milçək və böcəkləri tuta bilən möcüzəvi bir sistemə sahibdir. Əzələsi olmadığı halda göz qırpma qədər çox qısa bir müddətdə, saniyənin onda birində yarpaqlarını bağlayaraq milçəyi həbs edən bu bitkilərin cəldliyi tədqiqatçıların nəzərini cəlb etmişdi. Bu cəldliyin yarpağın həndəsəsi ilə əlaqəli olduğu və yay hərəkətinə bənzər bir təsirin nəticəsində meydana gəldiyi axır vaxtlarda irəli sürülmüşdür. Bitki hərəkətləri ümumiyyətlə yavaşdır və bir çox hərəkət bitkinin daxili sisteminin suyu hüceyrələr arasında yavaş-yavaş paylaması ilə meydana gəlməkdədir. Milçəkqapanın hərəkəti isə bu cür bir hərəkətin təqribən 10 qatı sürətinə malikdir. Tədqiqatçılar bu sürətli hərəkəti təqib edə bilmək üçün bitkinin yarpaqları üzərinə işıqlı referans nöqtələri yerləşdirdilər və sürətli video kameralar ilə hərəkəti yazdılar. Bundan başqa yarpaqlardakı uzanmanı dəqiq ölçə bilmək üçün mikroskopdan istifadə etdilər. Video görüntülərin tədqiq edilməsindən yarpaqların əyriliyinin, qapanma əsnasında, xarici bükülmədən qəflətən daxili bükülməyə çevrildiyini fərq etdilər. Bu hadisə mühəndislikdə burxulma texnologiyası ilə ifadə edilir. Alimlər bu yarpaq hərəkətinə aid riyazi model də düzəltdilər.

İstinadlar

redaktə
  1. ↑ Венерина мухоловка (rus.). // Венгрия — Вильно 1928. Т. 10. С. 139.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Milçəkqapan_(bitki)&oldid=8112615"
LOVE.AZ