. Love.az

Milan Fust - Wikipedia - Love.az

Ana Səhifə - Milan Fust

Milan Füşt (mac. Füst Milán; 17 iyul 1888[1][2], Budapeşt – 26 iyul 1967[1][2], Budapeşt[3]) — Macarıstan yazıçısı, şairi və dramaturqu.

Milan Füşt
Doğum tarixi 17 iyul 1888(1888-07-17)[1][2]
Doğum yeri
  • Budapeşt, Avstriya-Macarıstan
Vəfat tarixi 26 iyul 1967(1967-07-26)[1][2] (79 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan Xalq Respublikası[3]
Dəfn yeri
  • Farkaşreti məzarlığı[4][5]
Təhsili
  • Eötvöş Lorand Universiteti
Fəaliyyəti yazıçı, dramaturq, şair, universitet müəllimi[d], şair-vəkil[d]
İstiqamət ekspressionizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi.

1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 The Fine Art Archive. 2003.
  3. ↑ 1 2 PIM identifier.
  4. ↑ https://epa.oszk.hu/00000/00003/00030/adattar.html.
  5. ↑ https://epa.oszk.hu/00000/00003/00030/nevmutato.html.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Milan_Füşt&oldid=6431628"
LOVE.AZ