. Love.az

Millet Dostlari - Wikipedia - Love.az

Ana Səhifə - Millet Dostlari

Millət dostları — Yaradıcılığının birinci dövründə dram əsərləri yazan Əbdürrəhim bəy Haqverdiyev, ikinci dövründə (1905–1920) Azərbaycan ədəbiyyatında hekayə janrına daha çox üstünlük vermişdir. Bu illərdə o, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır, onun yeni məzmunla zənginləşməsinə, formaca kamilləşməsinə kömək edir. Həmin dövrdə ədib bir sıra səhnə əsərləri də yazmışdır: "Millət dostları" (1905), "Ağa Məhəmməd şah Qacar" (1907), "Ac həriflər" (1911), "Xəyalat" (1911) və s. təşkil edir[1].

Mündəricat

  • 1 Əsərin mövzusu
  • 2 Obrazlar
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Əsərin mövzusu

redaktə

Kiçik həcmli "Millət dostları" adlı satirik pyesdə ədib, özünü "millət dostları" adlandıran burjua ziyalılarının ikiüzlülüyünü, sözləri ilə əməlləri arasındakı ziddiyyəti tənqid edir. Mühəndis Firudin bəy, meşəbəyi Səfər bəy, təbib Vəli bəy, vəkil Əsgər bəy, silistçi Mürsəl bəy xalq adından, millət adından yalandan danışır, canıyananlıq edir, özlərini "qeyrətli müsəlman", "millət qeydkeşi", "müsəlman camaatının həmişə qabağa getməsinə çalışan" kimi göstərirlər. Qadın və şərabı hər şeydən əziz tutan həmin adamlar, əslində xalqı, milləti ələ salan tüfeylilərdir. Ədib həmin burjua "ziyalı"larını orijinal bir yolla ifşa edir:

  Oturdular, “avam arasında savad intişar edən cəmiyyət” düzəltdilər, yedilər, içdilər, bir-birinin baş-gözünü əzişdirdilər və dağıldılar. Pyesin sonunda nökər Səfinin sərxoş burjua ziyalılarının dalınca dediyi : “Bəli, islam qabağa getdi” sözləri xüsusi bir qüvvətlə səslənir[2].  

Obrazlar

redaktə
  • Əsgər bəy – dava vəkili
  • Səfi – Əsgərbəyin nökəri
  • Firudun bəy – injiner
  • Səfər bəy – meşəbəyi
  • Vəli bəy – təbib
  • Mürsəl bəy – silistçi

Həmçinin bax

redaktə
  • Dağılan tifaq
  • Bəxtsiz cavan
  • Ağa Məhəmməd Şah Qacar (pyes)

İstinadlar

redaktə
  1. ↑ "Tarixdə iz buraxanlar: Əbdürrəhim bəy Haqverdiyev" (Azərbaycan dili). anl.az. 13 mart 2020 tarixində arxivləşdirilib.
  2. ↑ Kamran Məmmədov. ƏBDÜRRƏHİM BƏY HAQVERDİYeV SEÇİLMİŞ ƏSƏRLƏRİ (PDF). II cilddə, I cild. Bakı: “Lider nəşriyyat”. 2005. səh. 15.

Xarici keçidlər

redaktə
  • Əbdürrəhim bəy Haqverdiyev
  • (Əbdürrəhim bəy Haqverdiyevin 140 illiyinə həsr olunmuş metodik vəsait)
  • Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib- Haqverdiyev-150
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Millət_dostları&oldid=8129869"
LOVE.AZ