. Love.az

Minare Tahirova - Wikipedia - Love.az

Ana Səhifə - Minare Tahirova

Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq.[1]

Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova
Doğum tarixi 1936
Doğum yeri Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi 20 oktyabr 2017
Vəfat yeri Sumqayıt, Azərbaycan
Dəfn yeri Sumqayıt şəhər qəbiritanlığı
Vətəndaşlığı SSRİ SSRİ →
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsi
Mükafatları "Şöhrət" ordeni — 20062006

Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur.

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur.

1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur.

1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir:

  Sumqayıt hər bir sumqayıtlının tale şəhəridir. Mənim isə öz şəhərimdir.[2]
Minarə Tahirova
 

Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır.

1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.

1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb.

20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.[3] Onunla vida mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilib.[4] Vida mərasimində Sumqayıt şəhər İcra Hamimiyyətinin başçısı Zakir Fərəcov, təhsil işçiləri və şəhər ictimaiyyət nümayəndələri iştirak ediblər.[4] Minarə Tahirova Sumqayıt şəhər qəbiritanlığında dəfn olunub.[4]

Mükafatları

redaktə
  •   "Əmək igidliyinə görə" medalı
  •   "Əməkdə fərqlənməyə görə" medalı
  •   "SSRİ təhsil əlaçısı"
  •   "Respublika qabaqcıl maarif xadimi" döş nişanları
  •   2000-ci ilin 18 martında Prezidentin Fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb.[1]
  •   Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[5]
  •   2006-cı il "Şöhrət" ordeni

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 mart 2000-ci il tarixli, 302 nömrəli Fərmanı Arxivləşdirilib 2020-05-25 at the Wayback Machine  (az.)
  2. ↑ Beydulla Vəziroğlu. "Sumqayıt: Təhsilimizin qabaqcıl simaları" kitabı. "Müəllimlər müəllimi" məqaləsi. Sumqayıt. 2002. Səh. 17.  (az.)
  3. ↑ Sumqayıt "Şöhrət" ordenli görkəmli pedaqoqunu itirdi — FOTO Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine. xeberle.com, 20.10.2017  (az.)
  4. ↑ 1 2 3 Sumqayıt təhsili "anasını" itirdi: sevimli müəllim son mənzilə belə yola salındı — FOTOLAR Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. xeberle.com, 20.10.2017  (az.)
  5. ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2004-cü il tarixli, 560 nömrəli Sərəncamı Arxivləşdirilib 2022-12-06 at the Wayback Machine  (az.)

Xarici keçidlər

redaktə
  • Minarə Tahirovadan Azərbaycan Prezidentinə müraciət.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Minarə_Tahirova&oldid=7406292"
LOVE.AZ