. Love.az

Mireli Axundov - Wikipedia - Love.az

Ana Səhifə - Mireli Axundov

Axundov Mirəli Abdulla oğlu (22 fevral 1902, Nuxa – 1992, Bakı) — BDU-nun biologiya fakültəsinin ilk məzunlarından, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi.

Mirəli Axundov
Doğum tarixi 22 fevral 1902(1902-02-22)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1992
Vəfat yeri
  • Bakı, Azərbaycan
Uşaqları Fuad Axundov (alim)
Ellada Axundova
İş yeri
  • Bakı Dövlət Universitetinin Biologiya fakültəsi
Təhsili
  • Bakı Dövlət Universitetinin Biologiya fakültəsi
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 19461946

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi – üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir.

Kitabları

redaktə
  • "İnsan genetikasına səyahət" Bakı 1975

Ədəbiyyat

redaktə
  • Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.131

Xarici keçidlər

redaktə
  • BDU muzeyləri – keçmişlə bu gün arasında körpü kimi
  • Şəki Mərkəzləşdirilmiş Kitabxana Sistemi Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirəli_Axundov&oldid=7756995"
LOVE.AZ