Mövsümov Mirağa Mirmövsüm oğlu (1850, Şamaxı −1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair.
Mir Ağa Mövsümov | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | şair |
Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859–82), ərəb, fars dillərini, şəriəti, islam tarixini öyrənmişdir. ġamaxıda xüsusi məktəb açmış (1882–87), oğlanlara əlifba və şəriət qaydalarını tədris etmişdir. 1887 ildə Bakıya köçərək, burada da ġamaxıdakı məktəb kimi məktəb açmışdır. 1892 ildə Bakı realnı məktəbində və Cənubi Qafqaz şiə ruhani idarəsində xüsusi komissiya qarşısında imtahan verərək, şəriət və Azərbaycan dili müəllimi dərəcəsi almış, uzun müddət Bakı məktəblərində şəriətdən dərs demişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji fəaliyyətini davam etdirmişdir. Həsən bəy Zərdabi ilə dost olan M. Mövsümov onun millətin oyanmasına kömək edən nəğmələr yazmaq çağırışına cavab olaraq, "Əkinçi"də təbliğ olunan fikirlərin məzmununa uyğun yazdığı şerləri 1901 ildə Bakıda "Türk nəğmələrinin məcmuəsi" adı ilə kitab halında nəşr etdirmişdir. H. Zərdabi "Türk nəğmələri"nin əhalinin siyasi düşüncəsinin oyanmasına təsirini yüksək qiymətləndirmiş və müasir şairlərə M. Mövsümovun yolunu davam etdirməyi məsləhət görmüşdü. M. Mövsümovun uşaq şerlərindən ibarət "Hədiyyeyi-ətfal" (1911) kitabı da nəşr olunmuşdur. 20 əsrin əvvəllərində "rus-müsəlman" məktəbləri üçün "Təcvid" (1909), "ġəriət kitabı" (1909), "Tarixi müqəddəs" (1911), "Əhaili-islam" (1914), "Yeni təlimül-şəriə" (1916) və s. dərsliklər yazıb çap etdirmişdir.