. Love.az

Miran Sah - Wikipedia - Love.az

Ana Səhifə - Miran Sah
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı.

Sultan Miranşah mirzə
Cəlaləddin Miranşah mirzə Əmir Teymur oğlu Barlas
Miran şah, Bruklin muzeyi
Miran şah, Bruklin muzeyi
Doğum tarixi 1368
Doğum yeri Keş, Özbəkistan
Vəfat tarixi 1408
Vəfat yeri Təbriz şəhəri
Dəfn yeri
  • Əmiri-Gur
Uşaqları
  • Xəlil Sultan
Atası Əmir Teymur
Fəaliyyəti hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Miranşah və Nəimi
  • 3 Miranşah və qaraqoyunlular
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur.

Miranşah və Nəimi

redaktə

Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.

Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar". Tarixi gedişatın təhlili onu göstərir ki, əgər xalq o zaman sözün əsil mənasında özü olsaydı, Fəzlullah Nəiminin arxasınca gedər, onun Miranşahın atının quyruğunda parça-parça edilməsinə imkan verməzdi.

Miranşah və qaraqoyunlular

redaktə

21 aprel 1408-ci il Sərdrud döyüşündə Qaraqoyunlular dövlətinin başçısı Qara Yusifin qoşunları Əmir Teymurun oğlu Miranşah mirzənin qoşunlarını məğlub edib, Miranşah özü isə öldürülüb. Azərbaycan üzərində teymurluların hökmranlığına son qoyulub.

Həmçinin bax

redaktə
  • Teymurilər sülaləsi

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Miran_şah&oldid=7695265"
LOVE.AZ