. Love.az

Miraxur Ehmed Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Miraxur Ehmed Pasa

Miraxur Əhməd Paşa (ö. 1618) — Osmanlı sultanı III Mehmed və I Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Miraxur Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1618
Vəfat yeri Dəməşq əyaləti, Osmanlı imperiyası
Fəaliyyəti dövlət rəsmisi
Həyat yoldaşı Mihrimah Sultan

Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra Şahzadə Mehmedin xidmətinə alınmışdır. 1595-ci ildə şahzadənin taxta çıxmasıyla öncə ikinci miraxuru, daha sonra baş çuxadarı olmuşdur. Ardından saraydan ayrılaraq Mosul bəylərbəyliyinə, ardından Rumeli bəylərbəyliyinə gətirilmişdir. 1604-cü ildə Sultan Muradın qızlarından Mihrimah Sultanla evlənsə də, bəzi mənbələrdə onunla 1601-cu ildə artıq evli olduğu qeyd olunur.

Bir müddət sonra Şam bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdırıldı. Çox keçmədən 1618-ci ildə Şamda vəfat etmişdir. Övladının olub-olmadığı bilinmir.

Mənbə

redaktə
  • Sicill-i Osmani I cild, səh. 230

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Miraxur_Əhməd_Paşa&oldid=7096630"
LOVE.AZ