. Love.az

Mirvari Qehremanli - Wikipedia - Love.az

Ana Səhifə - Mirvari Qehremanli

Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; 23 iyul 1946, Nuxa) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri[1]

Mirvari Qəhrəmanlı
Doğum tarixi 23 iyul 1946(1946-07-23) (78 yaş)
Doğum yeri
  • Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Dini İslam[1]
Fəaliyyəti insan hüquqları fəalı
Partiyası
  • Böyük Quruluş Partiyası,
  • Azərbaycan Demokrat Partiyası (–2007)

İctimai-siyasi fəaliyyəti

redaktə

SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur[2].

1992–1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir[2].

Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir[2].

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə[3] yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır.

Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur.[4] Daha sonra Azərbaycan Demokrat Partiyası üzvü olmuş, 2007-ci ildə isə istefa vermişdir.[5]

Ailəsi

redaktə

Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır[1]. Ana babası təhsil almış molla olub[1][2]. Ailədə 7 uşaq olublar[2].

Həyat yoldaşı Mürşüd bəy Füzuli rayonundandır[6].

2 qız övladı (Mətanət və Sara[2]) və 3 nəvəsi var[6]. Böyük qızı Mətanət Əzizova da hüquq müdafiəçisidir və Qadın Krizis Mərkəzinin rəhbərlik edir[7][8].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Mirvari Qəhrəmanlı ilə “Ciddi Söhbət” [ölü keçid]
  2. ↑ 1 2 3 4 5 6 ""ŞƏKİLİ OLSAM DA, XÖRƏK BİŞİRMƏKLƏ ARAM YOXDUR"". musavat.com (az.). 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  3. ↑ ""Neftçilərin Hüquqlarının Müdafiə Təşkilat"ı haqqında məlumat". 2011-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.
  4. ↑ "Arxivlənmiş surət". 2016-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  5. ↑ "ADP-nin parçalanması rəsmiləşdi". 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  6. ↑ 1 2 "QADINI YALNIZ MƏTBƏXDƏ GÖRMƏK İSTƏYƏNLƏR QARINQULU KİŞİLƏRDİR" [ölü keçid]
  7. ↑ ""ANAM ADİ QADINLARA OXŞASA, DƏHŞƏTƏ GƏLƏRƏM"". 2012-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.
  8. ↑ "Azad Fikir Universitetinin növbəti interaktiv mühazirəsi. Mətanət Əzizova: "Azərbaycan qadınları və gender bərabərliyi"". 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirvari_Qəhrəmanlı&oldid=7844131"
LOVE.AZ