. Love.az

Mirze Ebduleli Xan Diba - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Ebduleli Xan Diba
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.

Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1875, Təbriz – 1938, Tehran) — ədib, İran məşrutə hərəkatının əleyhdarı.

Mirzə Əbdüləli xan Diba
Doğum tarixi 1875
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1938
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
  • 2 Şəcərəsi
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1870-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi.

Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda ünlü molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O, bütün elmlərə bələd olduqdan sonra dini işlərlə ilgilənmişdi. İctihad dərəcəsinə yüksəlmişdi. Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.

Mirzə Əbdüləli xan Diba məşrutəçilər tərəfindən Əbdülməcid mirzə Qovanlı-Qacarın yanına danışıqlara getmişdi. Şeyx Məhəmməd Xiyabani ilə dost idi. 5-ci çağırış İran Milli məclisinə vəkil seçilmişdi.

Mirzə Əbdüləli xan 1938-cu ildə Tehranda vəfat etdi.

Şəcərəsi

redaktə

Mirzə Əbdüləli xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Əbdüləli_xan_Diba&oldid=8050456"
LOVE.AZ