Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Cabiri (?-?) — xəttat.
Mirzə Əbdürrəhim Cabiri | |
---|---|
Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Cabiri | |
Doğum yeri | Qaradağ vilayəti, Kəleybər mahalı, Hicrandust kəndi |
Fəaliyyəti | xəttat |
Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Qaradağ vilayətinin Kəleybər mahalının Hicrandust kəndində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xəttat idi. Nəsx və nəstəliq yazmaqda çox mahir idi.
Mirzə Əbdürrəhim Cabiri görkəmli ədib idi. Onun qələmindən iki kitab çıxıb. Qacarlar dövrünün sonlarında vəfat etdiyi bilinir.