. Love.az

Mirze Ehmed Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Ehmed Mescidi

Mirzə Əhməd məscidi — İçərişəhərdə yerləşən XIV əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.

Mirzə Əhməd məscidi
Xəritə
40°22′02″ şm. e. 49°50′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Hacı Mirzə Əhməd
Tikilmə tarixi 1345
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Tavanı yoxdur, dağılmaq üzrədir.
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.2182
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Hazırda məscid fəaliyyət göstərmir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Memarlığı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Mənbə

Tarixi

redaktə

1345-ci ildə[1] Hacı Mirzə Əhməd tərəfindən tikilmişdir.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[2]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]

Memarlığı

redaktə

Məscid kiçik olub yaşayış məhəllələrinin cərgəsinə daxildir. Planda dördbucaq şəklindədir. Kvadrat formalı vestibüldən, xidməti otaqdan və taxçalı ibadət zalından ibarətdir. Məscidin memarlıq-konstruktiv quruluşu yerli daş qübbələrdən və çatma formalı tağlardan ibarətdir. Məscidin giriş qapısı yerləşən divarının mərkəzində "Quran" məzmunlu, eləcə də memar haqqında məlumat verən epiqrafik yazı məscidin yüksək dəyərini göstərir.

Məscidin tavanı və yan yardımçı otağı uçulmuşdur. Məscidin qədim məbəd üzərində inşa olunduğu ehtimal olunur.

Həmçinin bax

redaktə
  • Molla Əhməd məscidi

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 50. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  2. ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  3. ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.

Mənbə

redaktə
  • "Mirzə Əhməd məscidi" (az.). scwra.gov.az. İstifadə tarixi: 2014-09-29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Əhməd_məscidi&oldid=8120667"
LOVE.AZ