Mirzə Əhməd məscidi — İçərişəhərdə yerləşən XIV əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.
Mirzə Əhməd məscidi | |
---|---|
![]() | |
![]() | |
40°22′02″ şm. e. 49°50′08″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər |
![]() |
Yerləşir | İçərişəhər |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Hacı Mirzə Əhməd |
Tikilmə tarixi | 1345 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Tavanı yoxdur, dağılmaq üzrədir. |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 2182 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
![]() |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hazırda məscid fəaliyyət göstərmir.
1345-ci ildə[1] Hacı Mirzə Əhməd tərəfindən tikilmişdir.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[2]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]
Məscid kiçik olub yaşayış məhəllələrinin cərgəsinə daxildir. Planda dördbucaq şəklindədir. Kvadrat formalı vestibüldən, xidməti otaqdan və taxçalı ibadət zalından ibarətdir. Məscidin memarlıq-konstruktiv quruluşu yerli daş qübbələrdən və çatma formalı tağlardan ibarətdir. Məscidin giriş qapısı yerləşən divarının mərkəzində "Quran" məzmunlu, eləcə də memar haqqında məlumat verən epiqrafik yazı məscidin yüksək dəyərini göstərir.
Məscidin tavanı və yan yardımçı otağı uçulmuşdur. Məscidin qədim məbəd üzərində inşa olunduğu ehtimal olunur.