Mirzə Məmməd oğlu Mövsümzadə (17 oktyabr 1939, Bakı) — kimya elmləri doktoru, professor. Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini.
Mirzə Mövsümzadə | |
---|---|
Mirzə Məmməd oğlu Mövsümzadə | |
Doğum tarixi | 17 oktyabr 1939(1939-10-17) (85 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | elmi işlər üzrə direktor müavini |
İş yeri | |
Mükafatları |
![]() |
Mirzə Mövsümzadə1939-cu il oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 36 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya texnologiyası fakültəsiniə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olunub. 1964-cü ildə o, aspiranturaya daxil olub. 1968-ci ildə "α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallarına stabilizator kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1986-cı ildə "Elektrolit-karbohidrogen sistemləri üçün səmərəli metalların korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1991-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1967-1983-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Yanacaqlara aşqarlar» laboratoriyasının rəhbəri vəzifələrində çalışmış, 1992-ci ildən bu günədək institun elmi işlər üzrə direktor müavinidir.
Məmməd Mövsümzadənin oğludur.
Mirzə Mövsümzadə neft kimyası sahəsində tanınmış alimdir. Mirzə Mövsümzadə elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.Quliyevin rəhbərlik etdiyi "Sürtkü yağları və aşqarlar" laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş, keçmiş SSRİ-də yeganə ixtisaslaşmış elm mərkəz olan AMEA Aşqarlar Kimyası İnstitutu ilə bağlıdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif funksional təsirli və yüksək effektli korroziya inhibitorlarının məqsədyönlü sintezi, onlar əsasında inhibitor qarışıqlarının alınması və yanacaqların istismar xassələrini yaxşılaşdıran yüksək təsirli aşqarların yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra inhibitorlar, aşqarlar və sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar sənayedə tətbiq edilmişdir. Son illərdə onun elmi fəaliyyət istiqamətlərindən biri bitki yağlarının transefriləşməsi reaksiyası nəticəsində alınan biodizel və onun törəmələri əsasında ekoloji təhlükəsiz yanacaq aşqarlarının işlənib hazırlanmasıdır.
Mirzə Mövsümzadə 235 elmi əsərin, o cümlədən 44 müəlliflik şəhadətnaməsi və patent müəllifidir. Onun əsərlərinin təxminən 55-i xaricdə çap olunmuşdur. O, Azərbaycan Respublikası Prezidenti yanında Elmi İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihələrinin qalibi olmuşdur.
Ə Эйвазова И.М., Мамедов Ф.Н., Джавадова А.А.,Гусейнова А.А
Сеидова С.Т., Мовсумова Г.Т.
• Непрерывный процесс нейтрализации продуктов конденсации получения алкилфенолятной присадки с целью исключения отходов их производства// Международная конференция «Перспективы развития химической переработки горючих ископаемых», Санкт-Петербург, 2006, с.160 // Зейналов Б.А., Гасанов Д.Г.
Меликов А.Х., Алиева М.А., Алиев Н.А., Эйвазова И.М.
1997-ci ildən etibarən M.Mövsümzadə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kimya Ekspertlər Şurasının üzvü, sədr müavini, sədri, rəyasət heyətinin üzvü vəzifələrində çalışmışdır. Bu gün də o, Şuranın sədr müavini kimi fəaliyyətini davam etdirir.
Professor M.Mövsümzadənin rəhbərlik etdiyi dissertasiya işlərinin mövzuları respublika üçün aktual olan məsələlərin həllinə həsr olunmuşdur. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 12 fəlsəfə doktoru hazırlanmışdır.
«Neft təsərrüfatı» jurnalının redaksiya heyətinin üzvü
M.Mövsümzadə1990-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyası "Üzvi birləşmələrin texnologiyası" kafedrasında əvəzçiliklə professor vəzifəsində çalışıb; O, bakalavr və magistrlara "Ümumi kimyəvi texnologiya", "Yağlara və yanacaqlara aşqarların kimyası və texnologiyası" xüsusi kursları üzrə mühazirə oxuyub. Onun rəhbərliyi ilə beş magistr dissertasiyası müdafiə olunub.