. Love.az

Mirze Mahmud Xan Develi Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Mahmud Xan Develi Qacar

Mirzə Mahmud xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar (12 noyabr 1861, Tehran – 1935, Tehran) — İranın daxili işlər naziri, Milli Məclisin sədri, diplomat

Mirzə Mahmud xan Dəvəli-Qacar
Mirzə Mahmud xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 12 noyabr 1861(1861-11-12)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat tarixi 1935
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti diplomat, siyasətçi
Rütbəsi Daxili işlər generalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Məhəmmədrəhim xanın ikinci oğlu Mahmud xan 1861-ci ildə Tehran şəhərində dünyaya pənah gətirmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sonra məktəbdə oxumuşdu. Təhsilini universitetdə davam etdirmişdi. Fransızca, almanca və ingiliscə bilirdi. Mirzə ünvanı, Ehtişamüssəltənə ləqəbi daşıyırdı.

Mirzə Mahmud xan 1884-cü ildə qullarağasıbaşı vəzifəsi daşıyırdı. Mirzə Mahmud xan 1888–1893-cü illərdə Zəncanın, 1898–1901-ci illərdə Kürdüstanın valisi olmuşdu. 1894-cü ildə Rusiyaya, Sankt-Pеtеrburq şəhərinə elçi getmişdi. 1895–1897-ci illərdə İraqda, Bağdad şəhərində baş konsul olmuşdu. 1897–1898-ci illərdə MFA-nın yanında katib vəzifəsində çalışmışdı. Mirzə Mahmud xan İranın böyük səfirlərindən biridir. 1901–1906-cı illərdə Almaniyada, Berlin şəhərində səlahiyyətli nümayəndə, 1906–1907-ci illərdə Almaniyada səfir, 1910–1919-cu illərdə Türkiyədə səfir olmuşdu. Mirzə Mahmud xan yüksək vəzifələrdə çalışmışdı. 1907–1908-ci illərdə Milli Məclisin sədri, 1926–1927-ci illərdə İranın daxili işlər vəziri vəzifələrində işləmişdi. Mirzə Mahmud xan Əmirtuman rütbəsi almışdı. Mirzə Mahmud xan Isveçli xanımla dünya evinə girmişdi.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
  • Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.

Həmçinin bax

redaktə
  • Əhməd xan Dəvəli-Qacar
  • Qacarlar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Mahmud_xan_Dəvəli-Qacar&oldid=8121967"
LOVE.AZ