. Love.az

Mirze Veliyev - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Veliyev

Vəliyev Mirzə Dövlət oğlu (31 avqust 1923, Yuxarı Ləgər, Quba qəzası – 6 noyabr 1944, Vaşad[d], Peşt-Piliş-Şolt-Kişkun[d]) — Sovet İttifaqı Qəhrəmanı.

Mirzə Vəliyev
Mirzə Dövlət oğlu Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1923(1923-08-31)
Doğum yeri
  • Yuxarı Ləgər, Quba qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 noyabr 1944(1944-11-06) (21 yaşında)
Vəfat yeri
  • Vaşad[d], Monor[d], Peşt-Piliş-Şolt-Kişkun[d], Macarıstan krallığı
Dəfn yeri
  • Peşt medyesi
Vətəndaşlığı
  •  Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Dövlət Vəliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi çavuş
Döyüşlər
  • Böyük Vətən müharibəsi,
  • İkinci Dünya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 İrsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Mirzə Vəliyev 1923-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. Cəbhəyə könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu.

Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında verilmişdir.

İrsi

redaktə

Qusar rayonu N.Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub. Qusar rayonunda adına küçə vardır.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • 9may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Vəliyev&oldid=6750270"
LOVE.AZ