. Love.az

Mixlyayevin Evi - Wikipedia - Love.az

Ana Səhifə - Mixlyayevin Evi

Mixlyayevin evi — Kazanın ən qədim daş binalarından biri. Petropavlovsk kilsəsi binaya bitişik tikilib. Bina onun sifarişçisi və sahibi olan İvan Mixlyayevin şərəfinə adlandırılıb. Musa Cəlil küçəsi 19 ünvanında yerləşir. 1739-cu il məlumatlarına əsasən Kazanda olan yeganə daş bina.[1]

Mixlyayevin evi
Xəritə
55°47′37″ şm. e. 49°06′44″ ş. u.HGYO
Ölkə  Tatarıstan
Şəhər Kazan
Yerləşir Musa Cəlil küçəsi 19
Sifarişçi İvan Mixlyayev
Tikilmə tarixi 1723-1725
Üslubu barokko
Mixlyayevin evi (Tatarıstan)
Nöqtə
Mixlyayevin evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Memarlığı
  • 3 Şəkilləri
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Bina 1723-1725-ci illərdə tacir İvan Mixlyayevin sifarişi ilə tikilib. Şəhər əfsanələrinə əsasən 1722-ci ildə bu binada I Pyotr qalmış və burada özünün 50 illik yubileyini qeyd etmişdir.[1]

1728-ci ildə bina İ.Dryablova keçdi. 1774-cü ildən bina şəhərin mülkiyyətindədir və dövlət qurumları və icarədarların istifadəsində olub. 1895-ci ildə burada muzeyin açılması planlaşdırılıb. Hazırda bina "DBC Tatarıstanın Mədəni İrsi Mərkəzi"-nin balansındadır.

Memarlığı

redaktə

Aşağı daş mərtəbənin otaqlar çox güman XVII əsrin sonları XVIII əsrin əvvəllərində tikilib.

Şəkilləri

redaktə
  •  
    Evin pəncərələri
  •  
    Evin üzərindəki xatirə lövhəsi
  •  
    Qəbir qalıqları

Həmçinin bax

redaktə
  • Bornay məscidi
  • Qaliyev məscidi

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Дом купца И.А. Михляева / Tacir Mixlyayevin evi" (rus. ). spp.lfond.spb.ru. 9 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.

Xarici keçidlər

redaktə
  • Mixlyayevin evi - Kazanın ən qədim daş binalarından biri / Idel.Реалии
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mixlyayevin_evi&oldid=6042929"
LOVE.AZ