Ço Miyon (kor. 조미연; 31 yanvar 1997, Sodemun rayonu[d]) və ya tanınan səhnə adı ilə Miyon (kor. 미연) – Cənubi Koreya müğənnisi və aktrisası. "I-dle" qrupunun vokalistidir. "K/DA" virtual musiqi qrupunda "League of Legends" personajı olan Ahrini canlandırmışdır.
Miyon | |
---|---|
kor. 조미연 | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | 조미연 |
Doğum tarixi | 31 yanvar 1997(1997-01-31) (28 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa |
Fəaliyyət illəri | 2018-ci ildən |
Janrlar | K-pop, dans-pop |
Albom şirkəti | Cube Entertainment[d] |
Üzvlüyü | |
![]() |
|
![]() |
Ço Miyon 31 yanvar 1997-ci ildə doğulmuşdur. Ailədə tək uşaqdır. Atasından təsirlənərək musiqiyə maraq göstərmişdir. O, musiqi məktəblərinə getmiş, skripka, gitara və pianoda ifa etməyi öyrənmişdir. Orta məktəbdə oxuyarkən "YG Entertainment"in seçimlərinə qatılmış və 5 il təcrübə keçmişdir. Lakin debütü baş tutmamış və o, şirkətdən ayrılmışdır.[1]
Miyon vokal bacarıqlarını inkişaf etdirmək üçün musiqi akademiyasına yazılmış, mahnı və musiqi bəstələməyəi öyrənmişdir. "(G)I-dle" qrupunda debüt edənə qədər 8 il təcrübəçi olmuşdur.[2]
Miyon 2017-ci ilin əvvəlində "Cube Entertainment"in təcrübəçisi olmuşdur.[3] 2 may 2018-ci ildə "(G)I-dle" qrupunun vokalisti kimi debüt etmiş, qrupun "Latata" mahnısını ifa etmişdir.[4] 2018-ci ildə "League of Legends" oyunu üçün "K/DA" virtual qrupunda Ahri personajını canlandırmış, 26 oktyabrda Dünya Çempionatının açılışında çıxış edəcəyi təsdiqlənmişdir.[5][6] 2020-ci ildə MBC-nin "Maska müğənnisinin kralı" verilişində iştirak etmişdir. Müsabiqə xarakterli bu verilişin birinci turunun qalibi olmuşdur.[7] Həmin il "K/DA" qrupunda Ahri rolunu növbəti dəfə canlandırmış, qrupun "The Baddest" və "More" mahnılarını ifa etmişdir.[8] Sentyabrda "Təkrar: An" veb-serialında çıxış edərək aktrisa kimi debüt etmişdir.[9] O, serial üçün "Dreaming About You" və "How To Love (with Neon Paprika)" mahnılarını buraxmışdır.[10]
2021-ci ilin fevralında "Boş dedi-qodu" radio verilişinin əsas aparıcısı olmuşdur.[11] Mayda "Krallıq: Əfsanəvi müharibə" verilişində peyda olmuşdur.[12][13] Həmin ilin noyabrında "Çatdırma" veb-serialında baş rolda çıxış etmişdir. O, serialında döyüş sənətində ustalaşmış kuryeni canlandırmışdır.[14] Həmin ay "Yetkin təcrübəçi" veb-serialında da baş rolda çıxış etmişdir.[15][16] 17 noyabrda repçi Kid Millinin "Kitty" mahnısında yer almışdır.[17]
6 dekabr 2022-ci ildə Miyonun solo debüt edəcəyi açıqlanmışdır.[18] 8 aprel 2022-ci ildə onun debüt minialbomu "My" və albomun əsas sinqlı "Drive" olacağı bildirilmişdir.[19] Miyon ilk musiqi verilişi mükafatını 3 mayda SBS MTV-nin verilişində qazanmışdır.[20]
Miyon 2022-ci ilin avqustunda Cənubi Koreyanın "Espoir" gözəllik brendinin səfiri olmuşdur.[21] Oktyabrda "Bewants" dəriyə qulluq brendinin muzası seçilmişdir.[22] 2023-cü ilin martında "City Breeze" dəb brendinin muzası olmuşdur.[23] Mayda "Jill Stuart Beauty" brendinin muzası seçilmişdir.[24] Avqustda "Jimmy Choo" brendinin dünya üzrə səfiri olduğu açıqlanmışdır.[25]