Mladost Luçani FK (Serb kirili: ФК Младост Лучани) — Serbiyanın Luçani şəhərini təmsil edən peşəkar Serbiya futbol klubudur. Klub Serbiyanın əsas liqası hesab edilən Serbiya Superliqasında mübarizə aparır.
Mladost Luçani FK | |||
---|---|---|---|
![]() | |||
Klubun tam adı | FK Mladost Lučani | ||
Ölkə |
![]() |
||
Yaranma tarixi | 1952 | ||
Stadionu |
Mladost stadionu, Luçani ![]() |
||
Tutumu | 8000 | ||
Prezidenti |
![]() |
||
Baş məşqçisi |
![]() |
||
Liqa | Serbiya SuperLiqa | ||
2023/24 | 7. | ||
| |||
Rəsmi saytı |
Klub 1952-ci ildə təsis edilmişdir. Klub 1989-cu ildə Yuqoslaviya Üçüncü Liqasında (Şərq Qrupunda) qələbə qazanaraq ilk böyük nailiyyətinə imza atmışdır. Bu qələbə klubun 1989-90 mövsümündə Yuqoslaviya İkinci Liqasında iştirakını təmin etmişdir. Lakin onlar liqa başa çatdıqdan sonra yenidən aşağı liqaya düşmüşlər.[1]
Yuqoslaviyanın dağıldığı dönəmlərdə klub milli səviyyədə daha rəqabətədavamlı klub olmuşdur. Klub mütəmadi olaraq ən yüksək liqa yarışlarında mübarizə aparmışdır. Onlar 1995-ci ildə Yuqoslaviya İkinci Liqasının qalibi olmuş və növbəti mövsümdə Birinci Liqaya (İB Liqası) vəsiqə qazanmışdır. Klub Birinci Liqada (son iki mövsümü İA Liqasında keçirib) üç mövsüm mübarizə aparmış və 1998-ci ildə yenidən aşağı liqaya düşmüşlər.[2]
2001-ci ildə klub İkinci Liqada (Qərb Qrupu) qələbə qazandıqdan sonra Yuqoslaviyanın Birinci Liqasına yenidən vəsiqə qazanmışdır. Lakin onlar həmin mövsümdəcə aşağı liqaya düşmüşlər.[3] Klubun hücumçusu Zoran Duraşkoviç isə 27 qolla turnirin ən yaxşı bombardiri olmuşdur.[4]
2007-ci ildə Serbiya Birinci Liqasında qələbə qazandıqdan sonra klub Serbiya Superliqasına vəsiqə qazanmışdır. 2007-08 mövsümündə klub turniri orta sıralarda başa vurmuşdur. Lakin klub maliyyə problemləri ilə əlaqədar olaraq aşağı liqaya salınmışlar.[5] Növbəti altı mövsüm ərzində klub milli liqa sisteminin ikinci səviyyəsi hesab olunan Serbiya Birinci Liqasında çıxış etmişdir.
Klub 2013-14 mövsümündə Birinci Liqada qələbə qazandıqdan sonra yenidən Superliqaya vəsiqə qazanmışdır. Onlar növbəti mövsümü yeddinci yerdə başa vurmuşdur. Beləliklə klub öz əvvəlki iştirak etmək rekordunu təkrar etmişdir. Bundan başqa, Patrik Fraydi Eze 15 qolla liqanın ən yaxşı bombardiri kimi mövsümü bitirmişdir.[6]
Mövsüm | Diviziya | O | Q | B | M | V | B | Xal | Möv. |
---|---|---|---|---|---|---|---|---|---|
2006–07 | Div 2 | 38 | 24 | 10 | 4 | 49 | 19 | 82 | 1-ci |
2007–08 | Div 1 | 33 | 8 | 14 | 11 | 32 | 41 | 38 | 7-ci1 |
2008–09 | Div 2 | 34 | 10 | 8 | 16 | 25 | 43 | 38 | 14-cü |
2009–10 | 34 | 9 | 15 | 10 | 33 | 31 | 42 | 14-cü | |
2010–11 | 34 | 11 | 12 | 11 | 29 | 32 | 45 | 9-cu | |
2011–12 | 34 | 13 | 14 | 7 | 42 | 27 | 53 | 3-cü | |
2012–13 | 34 | 10 | 13 | 11 | 31 | 35 | 43 | 9-cu | |
2013–14 | 30 | 18 | 6 | 6 | 42 | 20 | 60 | 1-ci | |
2014–15 | Div 1 | 30 | 11 | 7 | 12 | 41 | 47 | 40 | 7-ci |
2015–16 | 37 | 11 | 14 | 12 | 34 | 44 | 31 | 9-cu |
1 Klub maliyyə problemləri yaşadığı üçün Birinci Liqaya göndərilmişdir.
Mövsüm | Turnir | Raund | Klub | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|---|
2017–18 | UEFA Avropa Liqası | QR1 | İnter Bakı | 0–3 | 0–2 | 0–5 |
|
|