. Love.az

Mlokosevic Pionu - Wikipedia - Love.az

Ana Səhifə - Mlokosevic Pionu

Mlokoseviç pionu (lat. Paeonia daurica subsp. mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinin paeonia daurica növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür.

Mlokoseviç pionu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Dəstə:
Daşdələnçiçəklilər
Fəsilə:
Pionkimilər
Cins:
Pion
Növ:
Paeonia daurica
Yarımnöv:
Mlokoseviç pionu
Beynəlxalq elmi adı
  • Paeonia daurica subsp. mlokosewitschii D.Y.Hong, 2003[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 Sinonimləri
    • 7.1 Homotipik sinonimləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir. Meyvələri buynuz şəklində qutucuq meyvədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləməsi may, meyvə verməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağında meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir.

Yayılması

redaktə

Lənkəranın dağlıq (Lerik rayonu) və Böyük Qafqazın qərb hissələri (Zaqatala rayonu).

Sayı və tendensiyası

redaktə

Populyasiyanın sayı kəskin azalır, ətraf mühit amillərinə həssaslığı və xüsusi yaşayış mühitinə tələbkarlığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Yaşayı mühitinin deqradasiyası (yayıldığı fitosenozlarda palıd və qaratikanların qırılması).

Mühafizə tədbirləri

redaktə

Arealların ciddi nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması. Toxumla çoxalan, xüsusi şəraitdə olduqca tələbkar bitkidir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Paeonia mlokosewitschii Lomakin
  • Paeonia triternata var. mlokosewitschii (Lomakin) Stebbins

İstinadlar

redaktə
  1. ↑ Hong D., Zhou S. Paeonia (Paeoniaceae) in the Caucasus (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2003. Vol. 143, Iss. 2. P. 146. ISSN 0024-4074; 1095-8339 doi:10.1046/J.1095-8339.2003.00173.X

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mlokoseviç_pionu&oldid=7902523"
LOVE.AZ