Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Moisey Kalankatlı və ya Movses Kağankatvatsi[2] (Kalankat[1] – bilinmir[1]) — tarixçi. Etnik mənşəyi haqqında məsələ mübahisəli olaraq qalır.[3]
Moisey Kalankatlı | |
---|---|
erm. Մովսես Կաղանկատվացի | |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir[1] |
Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Qafqaz Albaniyasının siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yürüdən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz ki, xüsusi yazılı abidədə öz dövrünün inkişafını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur.