. Love.az

Molla Beymemmed Bulbul - Wikipedia - Love.az

Ana Səhifə - Molla Beymemmed Bulbul

Molla Bəyməmməd Kərbəlayı Murad oğlu Yağləvəndli-Cavanşir (1837, Araz Yağlıvənd, Cavanşir-Dizaq mahalı – 1904, Araz Yağlıvənd, Cəbrayıl qəzası) — şair, axund.

Molla Bəyməmməd Bülbül
Molla Bəyməmməd Kərbəlayı Murad oğlu Bülbül
Doğum tarixi 1837
Doğum yeri
  • Araz Yağlıvənd, Cavanşir-Dizaq mahalı, Rusiya imperiyası
Vəfat tarixi 1904
Vəfat yeri
  • Araz Yağlıvənd, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Fəaliyyəti şair

Həyatı

redaktə

Molla Bəyməmməd Kərbəlayı Murad oğlu 1837-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Yaradıcılığına mədrəsə illərində başlamışdı. Çağdaşı olduğu Qarabağ şairlərinin çoxları ilə yazışmaları qalıb. Xurşidbanu Natəvanın başçılıq etdiyi Məclisi-üns şairlər yığnağının üzvü idi. Şair Baxış bəy Səbur onu həcv edib. Farsca yazdığı həcvlərdə Bülbülü tənqid edirdi. Sətri tərcüməsi:

Ey Bəyməmməd, istedadın olmadığından şeirdən əl çək,
Nə vaxta qədər xam xəyal edəcəksən ki, gözəl təbin var?

Sənin söz gözəlin sənə heç vaxt ürək verməz,
Sən paxıllıq divisən, söz isə hurisifətdir...

Molla Bəyməmməd Bülbülün Canməmməd, Alməmməd, Dostməmməd, Məstəli, Hacməmməd və Şirməmməd adlı oğulları vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Molla Bəyməmməd Bülbül. "Soy" dərgisi, 2 (7), 2007.

İstinadlar

redaktə
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Molla_Bəyməmməd_Bülbül&oldid=7480966"
LOVE.AZ