Mollazadə İshaq Əfəndi (25 fevral 1709, İstanbul, Osmanlı imperiyası – 1 dekabr 1781, İstanbul, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimi və şairi.[1]
Mollazadə İshaq Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1709(1709-02-25) |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 1781(1781-12-01) (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | Qazəsgər, şair |
Atası | Mollazadə Mehmed Əfəndi |
25 fevral 1709-cu ildə İstanbulda dünyaya gəldi. Mollazadə Mehmed Əfəndinin oğludur və bu səbəblə bəzi mənbələrdə Mollazadə olaraq anılır. Mədrəsə təhsilini tamamladıqdan sonra 1730-cu ildə müdərris oldu və 1757-ci ilədək müxtəlif mədrəsələrdə müdərris olaraq xidmət etdi. Həmin il Yenişəhər qazısı təyin edildi. 1761-ci ildə Misir, 1763-cü ilin aprelində Məkkə, 1769-cu ilin oktyabrında İstanbul qazısı oldu. 1775-ci ilin aprelində Anadolu və 1780-ci ildə Rumeli qazəsgəri oldu. Ertəsi il vəzifədən alındı və həmin ilin dekabrında vəfat etdi. Cənazəsi Bəyazid səmtindəki Kaptan İbrahim Paşa məscidinin məzarlığına dəfn olundu.[2]