. Love.az

Moskva Dovlet Universitetinin Cografiya Fakultesi - Wikipedia - Love.az

Ana Səhifə - Moskva Dovlet Universitetinin Cografiya Fakultesi

Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi (rus. Географический факультет Московский государственный университет имени М. В. Ломоносова) — M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fakültələrindən biri.

Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi
Xəritə
55°42′00″ şm. e. 37°31′46″ ş. u.HGYO
Əsası qoyulub 23 iyul 1938
Şəhər Moskva
Ölkə
  •  Rusiya
Sayt geogr.msu.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Tədris planı
  • 3 Dekanları
  • 4 Strukturu
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Tarixi

redaktə

Fakültənin əsası 23 iyul 1938-ci ildə qoyulmuşdur[1]. Fakültənin yaradıcısı Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmiş rus fiziki coğrafiyaşünası, geomorfoloq, kartoqraf Aleksandr Borzovdur[2].

Tədris planı

redaktə

Tədris proqramı 4 təhsil fənnindən ibarətdir - humanitar, fundamental təbii və fundamental coğrafiya kursları, ixtisaslaşma üzrə təlim kursları.

Dekanları

redaktə
  • 1938—1940 — Semyon Luçkiy[3]
  • 1940—1941 — Boris Orlov
  • 1941 (oktyabr — noyabr) — Andrey Qedımin[4]
  • 1941—1943 — İvan Vitver
  • 1943 — Mariya Karandayeva
  • 1943—1945 — Sergey Muraveyski
  • 1945—1955 — Konstantin Markov
  • 1955—1966 — Aleksandr Ryabçikov
  • 1966—1970 — Andrey Kapitsa
  • 1970—1980 — Aleksandr Ryabçikov
  • 1980—1990 — Georgi Rıçaqov
  • 1990—2015 — Nikolay Kasimov
  • 2015-ci ildən — Sergey Dobrolyubov

Strukturu

redaktə

Hər il 15 kafedrada 1100-dən çox tələbə və 200-ə yaxın magistr təhsil alır, təxminən 230 mütəxəssis Coğrafiya fakültəsindən məzun olur.

Fakültədə 9 tədqiqat laboratoriyası, 5 təhsil və elmi baza, 28 kafedral laboratoriyası fəaliyyət göstərir. Bütün coğrafi ixtisaslar üzrə doktorluq və magistr dissertasiyalarını qəbul edən 4 ixtisaslaşdırılmış şurası var.

Həmçinin bax

redaktə
  • Aleksandr Borzov

İstinadlar

redaktə
  1. ↑ Географический факультет МГУ Arxivləşdirilib 2015-05-11 at the Wayback Machine. msu.ru  (rus.)
  2. ↑ BORZOV Aleksandr Arxivləşdirilib 2022-08-19 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  3. ↑ О жизни географического факультета МГУ из первых уст — Русское географическое общество 23 июля 2013
  4. ↑ Из истории создания географического факультета в Московском университете Arxivləşdirilib 2013-05-29 at the Wayback Machine — MSU

Xarici keçidlər

redaktə
  • geogr.msu.ru — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Moskva_Dövlət_Universitetinin_Coğrafiya_fakültəsi&oldid=7408532"
LOVE.AZ